СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА ДИНАМИКИ РЕФРАКЦИИ У МЛАДШИХ ШКОЛЬНИКОВ, ОБУЧАЮЩИХСЯ В СРЕДНИХ ОБЩЕОБРАЗОВАТЕЛЬНЫХ ШКОЛАХ И В СПЕЦИАЛЬНЫХ УЧЕБНЫХ УЧРЕЖДЕНИЯХ С УГЛУБЛЕННЫМ ИЗУЧЕНИЕМ ПРЕДМЕТОВ
Açar sözlər:
refraksiyanm güclənməsi, miopizasiya, reflaktogenez, miopiyaXülasə
Məqsəd - orta ümumtəhsil məktəblərdə və xüsusi təyinatlı təhsil müəssisələrində kiçik yaşlı məktəblilərdə refraksiyanın dəyişikliklərini müqayisə etmək.
Tədqiqatın material və metodları
Tədqiqata 200 nəfər üç sinifin şagirdləri daxil edilmişdir: 100 uşaq (200 göz) - orta ümumtəhsil məktəblərin şagirdləri və 100 (200 göz) - xüsusi təyinatlı təhsil müəssisələrinin şagirdləri. Şagirdlərin orta yaşı 8,5±0,2 təşkil etmişdir. Tədqiqat 2013-2014-cü tədris ili ərzində aparılmışdır. 1-ci mərhələdə şagirdlər məktəblərin bazasında müayinə edilmişdir. Refraksiyanın anomaliyaları aşkar edildikdə diaqnozun dəqiqləşdirilməsi və ametropiyanm korreksiyası Azərbaycan Milli Oftalmologiya Mərkəzinin refraksiyanın patologiyası və oftalınoerqonomika şöbəsində aparılmışdır. Oftalmoloji müayinənin standart üsullarından istifadə edilmişdir.
Nəticələr
Tədqiqatın əvvəlində orta ümumtəhsil məktəblərin şagirdləri arasında hipermetropik refraksiya xüsusi təyinatlı məktəblərin şagirdlərinə nisbətən 2 dəfə çox rast gəlinmişdir. Tədris ili ərzində həm cmmetroplarda, həm hipcrmctroplarda hər iki məktəbin şagirdlərində refraksiyanın güclənməsi müşahidə edilmişdir. Miopik refraksiya ilə gözlərin sayı xüsusi təyinatlı məktəblərin şagirdləri arasında 12%, orta ümumtəhsil məktəblərin şagirdlərində isə 3% artmışdır. Ümumilikdə, miopizasiya prosesi orta ümumtəhsil məktəblərin şagirdlərində 8 (4%), xüsusi təyinatlı məktəblərin şagirdlərində isə 24 gözdə (12%) aşkar edilmişdir.
Yekun
Miopiyanın inkişafının daha erkən müddətləri aşkar edilmişdir, bu da kiçik məktəb yaşları dövründə görmənin yüklənməsi şəraitində refraksiyanın güclənməsinin sürətlənməsi ilə əlaqəlidir. Miopizasiya prosesi orta ümumtəhsil məktəblərin şagirdlərdə 8 gözdə (4%), xüsusi təyinatlı məktəblərin şagirdlərində isə 24 gözdə (12%) aşkar edilmişdir. Müşahidə dövrü ərzində (bir il) miopik refraksiya ilə gözlərin sayı xüsusi təyinatlı məktəblərin şagirdləri arasında 12%, orta ümumtəhsil məktəblərin şagirdlərində isə 3% artmışdır.