РЕЗУЛЬТАТЫ КОРРЕКЦИИ АФАКИИ МЕТОДОМ ИМПЛАНТАЦИИ ИНТРАОКУЛЯРНЫХ IRIS-CLAW ЛИНЗ В ЗАДНЮЮ КАМЕРУ

Авторы

  • Абдулалиева Ф.И.
  • Хыдырова Н.Э.

Açar sözlər:

intraokulyar iris-claw linza, retropupilyar implantasiya, afakiya

Xülasə

Məqsəd - uzunmüddətli tədqiqatda İris-claw intraokulyar linzanın retropupillyar implantasiyasının texnikasını, təhlükəsizliyini və effektivliyini qiymətləndirmək.

Material və metodlar
2012-2017-ci illərdə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Artisan Aphakia Model 205 linzalar implantasiya olunmuş 30 xəstə (30 göz) bu tədqiqata daxil olmuşdur. Onlardan 19 – kişi, 11 – qadın olmuşdur. Xəstələrin yaşı 5-70 yaş arasında olmuşdur. Əməliyyatönü məlumatlardan afakiyanın etiologiyası, görmə itiliyi (korreksiyasız və korreksiya ilə), biomikroskopiya, gözdaxili təyziq, refraktometriya, ön kameranın dərinliyini və gözün əks oftalmoskopiyası qeyd olunmuşdur.

Nəticə
Pasiyentlərin müşahidə dövrü 6 aydan 6 ildək olmuşdur. Əməliyyatdan sonra korreksiya olunmamış gormə itiliyinin orta göstəricisi 0,4±0,21, korreksiya olunmuş görmə itiliyinin isə 0,72±0,32 təşkil etmişdir. Korreksiya olunmuş görmə itiliyi 25 (83,3%) xəstədə qalxıb, 5 (16,6%) xəstədə isə əməliyyatdan əvvəlki korreksiya olunmuş görmə itiliyi ilə üst-üstə gəlmişdir. Ağırlaşmalardan gözdaxili təzyiqin tranzitor qalxması, İOL üzərində presipitatların olması, bəbəyin ovallaşması, kistoz makulyar ödem qeyd olunmuşdur.

Yekun
Yuxarıda göstərilən uzunmüddətli tədqiqatın nəticələri göstərmişdir ki, İris-claw intraokulyar linzaların implantasiyası kapsulyar aparatının dəstəyi olmayan afakiyanın korreksiyasında təhlükəsiz və effektiv üsuldur. Kliniki gediş əlverişli, funksional nəticələr yüksək səviyyədədir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

11.10.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Абдулалиева Ф.И. and Хыдырова Н.Э. 2017. РЕЗУЛЬТАТЫ КОРРЕКЦИИ АФАКИИ МЕТОДОМ ИМПЛАНТАЦИИ ИНТРАОКУЛЯРНЫХ IRIS-CLAW ЛИНЗ В ЗАДНЮЮ КАМЕРУ. Azərbaycan Oftalmologiya Jurnalı. 25 (Oct. 2017), 52–57.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri