КЛИНИКО-ИММУНОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ ПРИ ПРОНИКАЮЩИХ РАНЕНИЯХ ГЛАЗА У ДЕТЕЙ НА ЭТАПЕ ОСТРОГО ПОСТТРАВМАТИЧЕСКОГО ПЕРИОДА

Авторы

  • Намазова И.К.
  • Меджидова С.Р.
  • Гашимова Н.Ф.
  • Акберова А.Т.
  • Султанова М.М.

Açar sözlər:

immunorequlyator indeks, iltihab dərəcəsi, ikincili immunoloji çatmamazlıq

Xülasə

Bu məqalədə 1 yaşdan 13 yaşa qədər olan 52 uşaqda göz almasının dəlib-keçən yaralanmasından sonrakı erkən
mərhələsinin fəsadlı keçməsinin risk amillərinin kompleks qiymətləndirilməsi aparılmışdır. Qoyulan məqsədə
çatmaq üçün aşağıda göstərilən faktorlar nəzərə alınırdı: uşağın yaşı, ikincili immunoloji çatmamazlığın (İİÇ)
əlamətlərinin olması, alınan zədələnmənin növü və dərəcəsi, zədənin alınmasından birincili cərrahi işlənməsinə
(BCİ) qədər vaxt mərhələsi, stasionarda qalmaq müddəti, immunorequlyator indeks, iltihab reaksiyanın dərəcəsi.
Kliniki-immunoloji monitorinqin nəticələri göstərdi ki, hüceyrə immunitetinin sistem dəyişiklikləri immun
sistemin alınan zərbəyə qarşı əsas tranzitor kompensator reaksiyasıdır və mütləq olaraq kliniki gedişata müvafiq
qiymətləndirilməlidirlər. Zədədən sonrakı mərhələnin fəsadlı keçməsinin əsas risk amillərindən biri də uşaqda
əzəldən ikincili immunoloji çatmamazlığın əlamətlərinin olmasıdır. Bu da anamnez toplamasının, somatik və
laborator ğöstəricilərinin əsasında müayinə olunur. Belə faktorların erkən müayinə edilməsi müalicə taktikasısın
seçilməsində və zədədən sonrakı uveitin profilaktikasında vacib praktiki əhəmiyyət daşıyır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

16.08.2012

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Намазова И.К. et al. 2012. КЛИНИКО-ИММУНОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ ПРИ ПРОНИКАЮЩИХ РАНЕНИЯХ ГЛАЗА У ДЕТЕЙ НА ЭТАПЕ ОСТРОГО ПОСТТРАВМАТИЧЕСКОГО ПЕРИОДА. Azərbaycan Oftalmologiya Jurnalı. 9 (Aug. 2012), 45–52.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 > >>