ВЛИЯНИЕ НАСЛЕДСТВЕННОГО ФАКТОРА И СОСТОЯНИЯ ОТНОСИТЕЛЬНОЙ АККОМОДАЦИИ НА ПРОГРЕССИРОВАНИЕ ШКОЛЬНОЙ МИОПИИ

Авторы

  • Ханларова Н.А.
  • Гаджиева Н.Р.
  • Гулиева В.В.
  • Гулиева Т.Д.

Açar sözlər:

irsi faktor, mioiya, nisbi akkomodasiya

Xülasə

Məqsəd – irsi faktorun, nisbi akkomodasiya vəziyyətinin və aparat müalicəsinin uzaq dövrdə məktəb miopiyasının progressivləşməsinə təsirini aşkar etmək.

Material və metodlar
Tədqiqat 7-17 yaş arası 218 uşaqda (436 göz) aparılmışdır. Miopiya 0,5-6,0 D arası təşkil eymişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupda 105 məktəbli (210 göz) anamnezlərində irsi faktor müəyyən olunmuşdur; II grup 113 (226 göz) uşaqda irsi faktor qeyd olunmamışdır. Bütün uşaqların gözlərində müayinələr keçirilmişdir və aparat müalicəsi aparılmışdır.

Nəticə
Müayinə dövrü 2,5-3 il təşkil etmişdir. Bu müddət ərzində məktəblilər hər 3-6 aydan bir müayinədən keçmiş, ildə 2 dəfə aparat və medikamentoz müalicə almışlar. Tədqiqat işində hər iki qrup miopiya ilə məktəblilərdə müşahidənin uzaq nəticələri və irsi faktorun olubolmamasından asılı olaraq proqressivləşmə dərəcəsi verilmişdir. II qrupdan fərqli olaraq I qrupu təşkil edən məktəblilərdə bütün yoxlanılan göstəricilər daha aşağı olmuşdur. Bu onu göstərir ki, ikincili faktorlar miopiyanın müalicəsinə və proflaktikasına təsir göstərir, həmin faktorlar arasında irsi faktor çox önəmli yer tutur.

Yekun
Beləliklə, tədbirlərin vaxtında görülməsi miopiyanın inkişafını ləngitməyə və fəsadların əmələ qəlməsinin qarşısını almağa imkan yarada bilər. Bu səbəbdən nəsillərində miopiyası olan uşaqlarda, əsasən məktəbə qədər yaşlarda müntəzəm oftalmoloji müayinələr aparılmalıdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.07.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Ханларова Н.А. et al. 2017. ВЛИЯНИЕ НАСЛЕДСТВЕННОГО ФАКТОРА И СОСТОЯНИЯ ОТНОСИТЕЛЬНОЙ АККОМОДАЦИИ НА ПРОГРЕССИРОВАНИЕ ШКОЛЬНОЙ МИОПИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 24 (Jul. 2017), 61–66.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>