СРАВНЕНИЕ УРОВНЯ И ДИНАМИКИ ПОВЫШЕНИЯ ВНУТРИГЛАЗНОГО ДАВЛЕНИЯ ПОСЛЕ ВИТРЕОЭКТОМИИ С РАЗЛИЧНЫМИ МЕТОДАМИ ЭНДОТАМПОНАДЫ У ПАЦИЕНТОВ С ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИЕЙ
Açar sözlər:
vitrektomiya, gözdaxili təzyiq, vitreal boşluğun tamponadasıXülasə
Məqsəd - aparılmış tədqiqatın məqsədi proliferativ diabetik retinopatiyalı gözlərdə müxtəlif endotamponada üsülları ilə icra olunan vitrektomiya əməliyyatından sonra erkən və gec dövrlərdə GDT səviyyəsi və dinamikasını müqayisə etməkdir.
Material və metodlar
Müxtəlif endotamponada ilə aparılan pars plana vitrektomiya sonra proliferativ diabetik retinopatiya ilə 106 gözdə GDT-in retrospektiv təhlili keçirilmişdir. Xəstələr 2009-2012 dövründə həyata keçirilib. Xəstələrdən 63-də silikon yağı tamponadası, 43-də isə qaz tamponadası icra olunmuşdur. Tədqiqata qüzehli qişanın neovaskulyarizasiya və mövcud açıq bucaqlı qlaukoma ilə xəstələr daxil olmamışdır.
Nəticə
Qaz tamponadası qrupunda 7 (16,2%) və silikon tamponadası ilə 11 xəstədə (17,46%) erkən əməliyyatdan sonrakı dövrdə GDT-in artması müşahidə olunur. 2 ay sonra GDT xəstələrin sayı qaz tamponadası ilə silikon tamponadası qrupuna artaraq 13 və 9 olmuşdur. Altı ay sonra, yüksək gözdaxili təzyiq xəstələrinin sayı silikon qrupunda 12, qaz qrupunda 4 idi. Bir il sonra, qaz qrupunda 3, silikon qrupunda 9 olmuşdur. Beləliklə, əməliyyat sonrası erkən dövrdə (əməliyyatdan 2 ay sonra) iki qrupda yüksək GDT olan göz sayında əhəmiyyətli fərq yoxdursa, sonrakı dövrdə (6 ay – 1 il) yüksək GDT daha çox silikon endotamponadlı qrupdaki xəstələrdə müşahidə olunurdu. Silikon yağının çıxarılması bütün xəstələrdə vitrektomiya əməliyyatından 1-12 ay müddətində həyata keçirilmişdir. Silikon yağı xaric edilməsindən sonra GİB-nin normallaşması yalnız iki xəstədə meydana gəldi.
Yekun
Beləliklə, əməliyyatdan sonrakı dövrdə (6 aydan 12 aya qədər) GDT-in artması və açıq bucaqlı qlaukomanın inkişafı riski silikon endotamponadalı xəstələrdə yüksəkdir.