İKİNCİLİ QLAUKOMANIN MÜALİCƏSİNDƏ PUPİLLOPLASTİKANIN TƏTBİQİ
Açar sözlər:
afakiya, midriaz, ikincili qlaukoma, pupiloplastika, zədəXülasə
Məqsəd - zədədən sonrakı afakiya və atonik genişlənmiş bəbək nəticəsində yaranan refrakter kəskin ikincili bucaq bağlanması (KİBB) ilə qlaukomanın müalicəsində serklyaj pupiloplastika və müştərək olaraq gözdaxili linzanın (IOL) implantasiyasının effektivliyini qiymətləndirməkdir.
Material və metodlar
Klininiki müşahidəyə küt zədədən sonrakı afakiya, travmatik midriaz və ikincili qlaukoma diaqnozu ilə 4 pasiyent daxil olmuşdur (4 göz). Zədədən sonrakı afakiya və atonik genişlənmiş bəbək nəticəsində yaranan refrakter kəskin ikincili bucaq bağlanması ilə qlaukomalı pasiyentlərə serklyaj pupiloplastika və müştərək olaraq gözdaxili linzanın implantasiyası icra olunmuşdur.
Nəticə
Müşahidə əməliyyat zamanı, əməliyyatdan sonrakı erkən dövrdə (1, 2 və 6 aya qədər) və əməliyyatdan sonrakı gec dövrdə (1 ilin sonuna qədər) GDT stabilləşməsi və görmə qabiliyyətinin yaxşılaşması təsdiq olundu.
Yekun
Beləliklə, zədədən sonrakı afakiya və atonik genişlənmiş bəbək nəticəsində yaranan refrakter kəskin ikincili bucaq bağlanması ilə qlaukomanın müalicəsində serklyaj pupiloplastika və müştərək olaraq gözdaxili linzanın implantasiyası cərrahi əməliyyatı pasiyentlərdə gözdaxili təzyiqin sabitləşməsinə, həmçinin görmə funksiyalarının artmasına imkan verir.