СТЕРОИДНАЯ ОФТАЛЬМОГИПЕРТЕНЗИЯ И ГЛАУКОМА ПОСЛЕ ГЛУБОКОЙ ПЕРЕДНЕЙ ЛАМЕЛЛЯРНОЙ КЕРАТОПЛАСТИКИ

Авторы

  • Агаева Ф.А.
  • Шетти Р.
  • Нагарая Х.

Açar sözlər:

dərin ön lamellar keratoplastika, göz daxili təzyiq, steroid mənşəli qlaukoma, steroid mənşəli oftalmohipertenziya

Xülasə

Məqsəd – buynuz qişanın patologiyası olan xəstələrdə dərin ön lamellar keratoplastikadan (DÖLK) sonra əmələ gələn steroid mənşəli oftalmohipertenziyanın (SOH) və qlaukomanın (SQ) rast gəlmə tezliyini və kliniki xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
DÖLK aparılmış 48 xəstənin 48 gözünün retrospektiv təhlili aparılıb. Göz daxili təzyiqi (GDT) və onun yüksəlmə dərəcəsi; antiglaukomatoz terapiyanın tələbliyi və müddəti; medikamentoz müalicəyə refrakter olan və antiglaukomatoz əməliyyatının aparılmasını tələb edən SOH və SQ-nın rast gəlmə tezliyi.

Nəticələr
DÖLK cərrahi əməliyyatından sonrakı müşahidə vaxtı orta hesabla 13,75 ± 3,65 ay idi. Cərrahi əməliyyat önü GDT SOH aşkarlanmayan və SOH aşkarlanan xəstələrdə orta hesabla 13,19 ± 3,4 mm c. s. və 12,38 ± 2,88 mm c. s. DÖLK-dən sonrakı GDT-in maksimal artma dərəcəsi orta hesabla 21.9 ± 6.98 mm c. s (16-37) təşkil etdi. Bütün 47 ORİJİNAL MƏQALƏLƏR 2015/1 (17) hallarda yüksək dərəcəli «steroid reaksiya» aşkar olundu. İstifadə olunan antiglaukomatoz medikamentlərin sayı və istifadə müddəti orta hesabla 2,75 ± 1,16 və 7 ± 4,3 ay olmuşdur. Müşahidə aparılan zaman heç bir xəstədə antiqlaukomatoz cərrahi əməliyyatının aparılmasına göstəriş olmadı.

Yekun
Buynuz qişanın patologiyası olan xəstələrdə DÖLKdən sonra SOH 16,7% hallarda müşahidə oluna bilər, artmış GDT hipotenziv medikamentoz rejim altında tənzimlənir. Bütün hallarda yüksək dərəcəli «steroid reaksiya» aşkar olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Агаева Ф.А. et al. 2015. СТЕРОИДНАЯ ОФТАЛЬМОГИПЕРТЕНЗИЯ И ГЛАУКОМА ПОСЛЕ ГЛУБОКОЙ ПЕРЕДНЕЙ ЛАМЕЛЛЯРНОЙ КЕРАТОПЛАСТИКИ. Azərbaycan Oftalmologiya Jurnalı. 17 (May 2015), 43–48.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>