КЛИНИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ПЕРВИЧНО ДИАГНОСТИРОВАННОЙ СТЕРОИДНОЙ ОФТАЛЬМОГИПЕРТЕНЗИИ И ГЛАУКОМЫ В АЗЕРБАЙДЖАНЕ
Açar sözlər:
göz daxili təzyiq, oftalmohipertenziya, steroid mənşəli qlaukoma, steroid müalicəXülasə
Məqsəd - pasientlərin demoqrafik göstəricilərini və steroid müalicənin modallığım nəzərə alaraq birincili
diaqnostika olunmuş steroid mənşəli oftalmohipertenziyanın (SOH) və qlaukomanın (SQ) kliniki xüsusiyyətlərini öyrənmək.
Material və metodlar
Steroid müalicəni alan 40 xəstənin 74 gözündə birincili diaqnostika olunmuş SOH və SQ-nın prospektiv təhlili aparılıb. Göz daxili təzyiqi (GDT), görmə sinir diskinin statusu (ekskavasiya/disk vertikal nisbəti), antiglaukomatoz terapiyanın metodu; medikamentoz müalicəyə refrakter olan hallarda antiglaukomatoz əməliyyatının aparılma tezliyi öyrənilib.
Nəticələr və onların müzakirəsi
22 (55%) xəstədə SOH və 18 (45%) xəstədə SQ birincili olaraq aşkar olunub. 24,3% hallarda ifrat inkişaf etmiş SQ-nın diaqnozu qoyulub. GDT orta hesabla 33,62 ± 8,26 mmHg təşkil edib. Steroid müalicəni 6 aydan az qəbul edən 19 (47,5%) xəstədə SOH birincili olaraq aşkar olunub, 11 (27,5%) xəstədə isə steroid reaksiya steroid müalicəni 1 ay ərzində qəbul edərkən aşkar olunub. 18,9% hallarda GDT maksimal medikamentoz rejimi altında normalizə olunmaması antiqlaukomatoz cərrahi əməliyyatının aparılmasına göstəriş oldu. Ekskavasiya/ disk vertikal nisbəti orta hesabla 0,52 ± 0,26 təşkil edib, həmin göstərici və steroid müalicənin müddəti arasında korrelasion əlaqələr aşkar olunub.
Yekun
Alınan nəticələr steroid müalicəni alan xəstələrdə SQ-nın bir çox halların profilaktikasında daimi nəzarətin böyük əhəmiyyətini göstərir.