ИНФОРМАТИВНОСТЬ ФЛЮОРЕСЦЕНТНОЙ ИРИДОАНГИОГРАФИИ В ДИАГНОСТИКЕ РАННИХ СТАДИЙ ПСЕВДОЭКСФОЛИАТИВНОГО СИНДРОМА
Açar sözlər:
psevdoeksfoliativ sindrom, flüoressent iridoangioqrafiya, vaskulopatiya, iridopatiyaXülasə
Məqsəd. Flüoressein iridoangioqrafiya müayinə metodu vasitəsilə erkən mərhələli psevdoeksfoliativ sindromlu xəstələrin qüzehli qişasında damar pozğunluqlarının müəyyən olunması.
Material və metodlar
Tədqiqat 66-82 yaş arasında kataraktalı 25 xəstədə (48 göz) aparılmışdır. Xəstələr 3
qrupa bölünmüşdür. 1-ci qrupa Yeroşevskayanın təsnifatına əsasən PES-un II-III mərhələsində olan xəstələr (20
göz) daxil edilmişdir. 2-ci qrupa 1-ci qrup xəstələrin PES-a xas klinik təzahürü olmayan tay gözləri (20 göz) daxil
edilmişdir. 3-cü kontrol qrup 5 xəstənin 8 gözündən ibarət olmuşdur. Bütün xəstələr flüoressent iridoangioqrafiya
müayinəsindən keçirilmişdir.
Nəticələr və müzakirələr
1-ci qrup gözlərdə qüzehli qişa damarlarının arxitektonika pozğunluğu, sektoral
işemiya zonası (hipoperfuziya), kontrast maddənin qüzehli qişa damarlarından (xüsusilə bəbək kənarında görünən
ekstravazasiya -“günəşin tutulması” simptomu) ekstravazasiyası (hiperperfuziya), flüoresseinin arxa kameradan
bəbək vasitəsilə ön kameraya çıxışı, və eləcə də vaxt parametrlərinin uzanması kimi əlamətlər müşahidə olundu.
2-ci qrup gözlərdə vaxt parametri 1-ci qrupa nisbətən az uzanmışdir (cədvəl 1). Həmçinin yuxarida sadalanan
əlamətlər nisbətən az dərəcədə özünü göstərməkdədir. Kontrol qrupdan alman nəticələr Kişkina V.Y. tədqiqatının
nəticələri ilə müqayisə edilmişdir və vaxt parametrləri uyğun gəlmişdir (cədvəl 1).
Yekun
FİAQ-dan istifadə edərək PES-un erkən mərhələsi müşahidə olunan xəstələrdə qüzehli qişa damar
dəyişikliklərini qiymətləndirmək mümkündür. Angioqrafik dəyişikliklər qüzehli qişa damar arxitektonikasmm
pozulması, sektoral dolma defekti, flüoressein ekstravazasiyası şəklində təzahür edən fokal angiopatiyanm
olması, “günəş tutulması”simptomu, “bəbək cərəyanı fenomeni” kimi əlamətlərlə və eləcə də FİAQ-mn zaman
parametrlərinin dəyişməsinə əsasən qiymətləndirilir.