ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ ОФТАЛЬМОТРЕНАЖЕРОВ «ВИЗОТРОНИК М3» И «КАСКАД» В ЛЕЧЕНИИ ПРИОБРЕТЕННОЙ МИОПИИ У ДЕТЕЙ И ПОДРОСТКОВ
Açar sözlər:
qazanılmış miopiya, adaptasiya, akkomodasiya, oftalmotrenajorXülasə
Məqsəd – qazanılmış miopiya ilə uşaq və yeniyetmələrdə “Vizotronik MZ” və “Kaskad” oftalmotrenajorlarında optikorefektor məşqlərin effektivliyini qiymətləndirmək.
Material və metodlar
Akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin refraksiya patologiyası və oftalmoerqonomika şöbəsində “Vizotronik MZ” oftalmotrenajorunda və “Kaskad” cihazında akkomodasiya pozğunluqlarının və qazanılmış miopiyanın kompleks funksional müalicəsi tətbiq olunur. Tədqiqatda qazanılmış miopiya ilə 7-16 yaş arasında (orta yaş həddi 11±0,39) 50 xəstə iştirak etmişdir. Bütün pasiyentlərə müalicədən əvvəl və sonra korreksiya ilə və korreksiyasız vizometriya, dar bəbək və sikloplegiya şəraitində subyektiv (skiaskopiya) və obyektiv (avtorefraktometriya) üsullarla refraksiyanın müayinəsi, oftalmoskopiya daxil olmaqla standart oftalmoloji müayinələr aparılmışdır. Nisbi akkomodasiya ehtiyatı (NAE), mütləq akkomodasiyanın həcmi (MAH), aydın görmənin uzaq və yaxın nöqtələri müəyyən edilmişdir.
Nəticə
Bütün pasiyentlərdə müalicədən sonra görmə itiliyi alışmış korreksiya ilə orta hesabla 0,098±0,01 (р<0,05) artmışdır. Obyektiv refraksiya müalicədən əvvəl -2,22±0,11 dptr təşkil etmişdir və müalicədən sonra dürüst dəyişikliklərə uğramamışdır (р=0,06). Müalicədən əvvəl NAE orta hesabla 2,13±0,07 dptr təşkil etmişdir, müalicədən sonra isə 0,85±0,08 dptr (р<0,05) artmışdır. Bu zaman NAE 41 pasiyentdə 1,0±0,08 dptr artmışdır, 9 xəstədə NAE dəyişilməmişdir. Müalicədən əvvəl MAH orta hesabla 6,75±0,06 dptr təşkil etmişdir, müalicədən sonra isə 0,77±0,05 dptr (р<0,05) artmışdır. Bu zaman NAE 41 pasiyentdə orta hesabla 0,93±0,03 dptr (р<0,05) artmışdır, 9 xəstədə isə dəyişiksiz qalmışdır. Müalicədən sonra aydın görmənin ən uzaq nöqtəsi orta hesabla 0,3±0,03 dptr geri şəkilmişdir, 13 pasiyentdə isə dəyişiksiz qalmışdır. Aydın görmənin yaxın nöqtəsi müalicədən sonra orta hesabla 0,92±0,16 dptr (р<0,05) önə çəkilmişdir, 21 xəstədə aydın görmənin ən yaxın nöqtəsinin vəziyyəti dəyişməmişdir.
Yekun
Uşaq və yeniyetmələrdə qazanılmış miopiyanın “Vizotronik MZ” və “Kaskad” oftalmotrenajorlarının tətbiqi ilə kompleks funksional müalicəsi miopik gözlərin funksional göstəricilərinin artmasına şərait yaradır. Kompleks təsir mexanizmi görmə analizatorunun akkomodasion qabiliyyətinin artmasından, obyektiv refraksiya göstəriciləri dəyişmədən aktiv adaptasiya mexanizminin inkişafından ibarətdir. Keçirilmiş kompleks müalicədən sonra qazanılmış miopiya ilə xəstələrdə nisbi akkomodasiya ehtiyatı orta hesabla 0,85±0,08 дптр artmışdır; nisbi akkomodasiya həcmi 0,77±0,05 artmışdır; aydın görmənin uzaq nöqtəsi 0,3±0,03 dptr geri çəkilmişdir; aydın görmənin yaxın nöqtəsi 0,92±0,16 dptr önə çəkilmişdir