УДАЛЕНИЕ ВНУТРЕННЕЙ ПОГРАНИЧНОЙ МЕМБРАНЫ ПРИ РЕГМАТОГЕННЫХ ОТСЛОЙКАХ СЕТЧАТКИ
Açar sözlər:
torlu qişanın reqmatogen qopması, 23-gauge transkonyuktival vitrektomiya, daxili hüdudi membranın soyulması, proliferativ vitreoretinopatiyaXülasə
Məqsəd – torlu qişanın reqmatogen qopmasının proliferativ vitreoretinopatiyanın (PVR) yüksək yaranma təhlükəsi olan xəstələrdə vitrektomiya əməliyyatında daxili hüdudi membranın (DHM) soyulması nəticələrinin öyrənilməsi.
Material və metodlar
Ardıcıl 20 xəstənin 20 gözü tətqiqata daxil edilmişdir. Torlu qişanın reqmatogen qopmasının PVR yüksək yaranma təhlükəsi olan xəstələrdə bütün gözlərində endotamponada qaz və ya silikon yağı ilə vitrektomiya əməliyyatında DHM soyulması aparılıb. Minimal müşahidə periodu 3 ay olmuşdur.
Nəticə
Əməliyyatın ilkin anatomik müvəffəqiyyəti 80 % olan halda və əməliyyatın son anatomik müvəffəqiyyəti isə 95 % halda qeydə alınmışdır. Sonrakı DHM soyulmasında epiretinal membranalar inkişaf etməmişdir. Əməliyyat önü BCVA 2.33±0.89 və əməliyyatdan sonra 1.32±0.91 logMAR (p<0.001) qeyd olunmuşdur.
Yekun
Mürəkkəb qurluşu olan torlu qişanın reqmatogen qopmasının PVR yüksək yaranma təhlükəsi olan xəstələrdə DHM soyulması vitrektomiya ilə effektiv cərrahiyyə metodu təşkil edir və əməliyyatın ilkin anatomik müvəffəqiyyətini yaxşılaşdırır.