УЛЬТРАФИОЛЕТОВЫЙ КРОССЛИНКИНГ РОГОВИЦЫ (ОБЗОР ЛИТЕРАТУРЫ)
Açar sözlər:
ultrabənövşəyi krosslinkinq, buynuz qişa, keratokonus, ribofavinXülasə
Hazırki ədəbiyyat icmalında buynuz qişanın ultrabənövşəyi krosslinkinqi haqqında məlumat təqdim edilmişdir. Həmin metod oftalmologiyada buynuz qişanın proqressivləşən distrofk dəyişiklikləri (buynuz qişanın nazilməsi, bulanması və çapıqlaşması) ilə səciyyələnən, görmə funksiyaların enməsinə səbəb olan müxtəlif növ keratektaziyaların müalicəsində geniş tətbiq edilir. Krosslinkinq buynuz qişanın ribofavin məhlulu ilə 370 nm dalğa uzunluqda ultrabənövşəyi şüalandırılmasına əsaslanır, bu da intrakorneal fotokimyəvi qarşılıqlı əlaqəyə səbəb olur. Krosslinkinq nəticəsində buynuz qişanın mexaniki davamlılıq xüsusiyyətlərinin artması müşahidə olunur, xəstəliyin proqressivləşməsi dayanır. Məqalədə prosedurun yerinə yetirilməsi öz əksini tapmışdır, buynuz qişada ribofavin-UB-induksiyaedilmiş bitişmə ilə törədilmiş biomexaniki, morfoloji və ultrastrukrur dəyişiklikləri təsvir edilmişdir.