ИНФАНТИЛЬНАЯ ГЕМАНГИОМА: НАШ ОПЫТ ЛЕЧЕНИЯ ДЕТЕЙ РАННЕГО ВОЗРАСТА

Авторы

  • Касимов Э.М.
  • Балаева Р.Н.
  • Сеидова С.Н.

Açar sözlər:

hemangioma, propranolol, göz qapağı

Xülasə

Məqsəd – infantil hemangioma ilə uşaqlarda propranololun tətbiqinin effektivliyini öyrənmək.

Material və metodlar
Propranolol peroral olaraq 2-24 aylıq 11 uşaqda 2 mq/kq/sut. tətbiq edilmişdir. Bütün xəstələrdə ümumi oftalmoloji müayinə, orbitanın kompüter tomoqrafyası və maqnit-rezonans tomoqrafyası aparılmışdır, eləcə də preparatın təyinindən əvvəl mütləq pediatr və kardioloqun konsultasiyası, müalicə dövründə monitorinq müayinələr keçirilmişdir. Тerapiyanın müddəti fərdi olaraq şişin ölçülərindən və uşağın yaşından asılı olmuşdur.

Nəticə
Propranolol sutkada 1 mq/kq dozasından başlayaraq təyin edilmişdir, sonra ikinci həftədən sutkada 2 mq/kq dozasına qədər artırılmışdır. Artıq müalicənin əvvəlində şişin rənginin solması, ölçülərinin kiçilməsi, bununla əlaqədar göz qapaqlarının deformasiyasının və ekzoftalmın azalması qeyd olunmuşdur. Propranolol mono-terapiya şəklində istifadə edilmişdir. Preparatın 7-8 ay ərzində qəbulundan sonra 3 pasiyentdə şişin əhəmiyyətli dərəcədə reqresi müşahidə edilmişdir, lakin preparatın dozasının tədricən azaldılması zamanı şişin bir qədər inkişafı qeyd olunmuşdur. Preparatın qəbulu müddətinin qısaldılması üçün müalicənin son mərhələlərində şişin daxilinə kortikosteroidlərin inyeksiyası tətbiq edilmişdir. Bundan sonra şişin tez bir zamanda reqresi müşahidə edilmişdir və preparatın tədricən ləğv olunması keçirilmişdir. Müalicə ilə əlaqədar xəstələrdə fəsadlar qeydə alınmamışdır.

Yekun
Propranololun infantil hemangioma ilə azyaşlı uşaqlarda effektivliyi təsdiq edilmişdir. Bu preparat digər müalicə metodları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: müsbət kosmetik nəticə, şişin reqresiyasının yüksək faizi, davamlı alınan effekt. Terapiyanın keçirilməsi zamanı pediatr və kardioloqda mütləq monitorinq isə xəstə üçün müalicənin təhlükəsizliyini təmin edir. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2017. ИНФАНТИЛЬНАЯ ГЕМАНГИОМА: НАШ ОПЫТ ЛЕЧЕНИЯ ДЕТЕЙ РАННЕГО ВОЗРАСТА. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 59–63.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>