БИОМЕТРИЧЕСКИЕ ВЗАИМООТНОШЕНИЯ ВНУТРИГЛАЗНЫХ СТРУКТУР В ГЛАЗАХ С КОРОТКОЙ АКСИАЛЬНОЙ ДЛИНОЙ И ИХ ВЛИЯНИЕ НА АРХИТЕКТОНИКУ ГЛАЗА
Açar sözlər:
biometriya, korrelyasiya, qısa aksial uzunluq, gözün arxitektonikasıXülasə
Məqsəd - qısa aksial uzunluğu olan gözlərdə gözdaxili strukturların biometrik əlaqələrini öyrənmək və təhlil etmək.
Material və metodlar
Tətqiq olunan qrupu 21-78 yaş arası, gözün aksial uzunluğu 22,0 mm və az olan 22 xəstə (31 göz) təşkil edib. Bütün tədqiqatlar iOL Master 500 (Carl Zeiss Meditec, Germany) cihazında aparılmışdır.
Nəticə
Bütün analiz edilən biometrik göstəricilər (aksial uzunluq, keratometriya, buynuz qişanın diametri, ön kameranın dərinliyi) 5 yarımqrupa, onların sayısal dəyəri ilə daha kiçikdən böyümə səviyyəsinə qədər bölündü. Korrelyasiya analizi və onun xəstələrin ümumi qrupunun göstəriciləri ilə müqayisəsi aparılmışdır. Beləliklə, aksial uzunluğu 22,0 mm-dən az və ya bərabər olan 31 son dərəcə qısa gözlərdə buynuz qişanın diametri 11,4-12,7 mm arasındadır. Bu qrupda korrelyasiya 0,36 idi. Aksial uzunluq və buynuz qişanın diametri (r=0,021), aksial uzunluq və ön kameranın dərinliyi arasında heç bir korrelyasiya aşkar olunmamışdır (r=0,005).
Yekun
Tətbiq edilən araşdırmalar qısa aksial uzunluğu olan gözlərdə gözdaxili strukturların korrelyasiya əlaqələrini və onların arxitektonika xüsusiyyətlərini aşkar etdi. Əldə edilən məlumatların təhlili, “qeyri-standart geometriyalı göz” konsepsiyasının əsas xüsusiyyətlərini uyğunlaşdırmağa imkan vermişdir.