HƏRBİ ZƏDƏLƏRDƏ ORBİTAL BOŞLUĞUN REKONSTRUKSİYASI (KLİNİK HAL)
Açar sözlər:
oftalmotravma, orbital boşluğun rekonstruksiyası, anoftalmXülasə
44 günlük II Qarabağ Müharibəsi zamanı qəlpə yaraları hərbçilərdə oftalmotravmaların böyük hissəsini təşkil etmişdir. Görmə orqanının ağır traması hallarında, enukleasiya yeganə yoldur ki, bundan sonra kosmetik protez xəstələrin psixoloji reabilitasiyasında mühüm rol oynayır.
5 Noyabr 2020-ci il tarixində Şuşa şəhəri uğrunda döyüş zamanı çoxsaylı qəlpə yaraları alan 1995- ci il təvəllüdlü müharibə qazisi M.Ş., akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Tam oftalmoloji müayinədən sonra pasiyentə sağ tərəfi anoftalm, konyunktiva boşluğunun deformasiyası, orbital implantın protruziyası, alt göz qapağının toxumalarında deformasiya və qüsur, lateral bağın ayrılması diaqnozu qoyulmuşdur. Pasiyentə orbital boşluğun derma-yağ autotransplantatla rekonstruksiyası və orbital implantın çıxarılması ilə yanaşı dəri autotransplantat ilə alt göz qapağının formalaşdırılması və lateral bağın bərpası əməliyyatı aparılmışdır.
Qeyd etmək lazımdır ki, anoftalm sindromlu xəstələrdə derma-yağ autotransplantatın tətbiqi, orbital boşluğun həcmini tamamilə doldurmağa imkan verir, eyni zamanda konyunktival boşluğu və tağları bərpa edir.