ВЫЯВЛЯЕМОСТЬ ГЛАУКОМЫ ПРИ АМБУЛАТОРНО-ПОЛИКЛИНИЧЕСКИХ ПОСЕЩЕНИЯХ
Açar sözlər:
ambulator-poliklinik müəssisələr, qlaukoma, göz tonometriyasıXülasə
Məqsəd - ambulator-poliklinik müraciətlərdə qlaukomanın aşkar edilməsi imkanlarının qiymətləndirilməsi.
Material və metodlar
Müşahidə Bakı 3 saylı şəhər poliklinikasında aparılmışdır. 40 yaşdan sonra poliklinikaya müraciət etmiş 1000 nəfər şəxs (462 kişi, 538 qadın) müşahidəyə götürülmüş, ilkin müraciət zamanı göz tonometriyası aparılmış, qlaukoma ehtimalı qiymətlən¬dirilərək şübhə yarananda həkim-oftalmoloqun müayinəsinə göndərilmişdir. Diaqnozu dəqiqləşdirmək üçün ilkin xəstələr akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinəyə göndərilmişdir. Xəstələrin diaqnostikasında klinik metodlar, materialların işlənməsində statistik metodlar (keyfyyət əlamətlərinin təsviri statistikası, X²-metodu və s. tətbiq edilmişdir.
Nəticə
Göz daxili təzyiqin 21 mm və çox (civə sütunu) olması qəbula gəlmiş 10,3±0,96% pasiyentdə qeydə alınmışdır. Bu kontingent arasında görmə itiliyi <3/60 olanların xüsusi çəkisi 1,1±0,3% təşkil etmişdir. Qlaukoma diaqnozu 2,8±0,8% kişilərdə, 1,9±0,6% qadınlarda aşkar edilmişdir. Qlaukomanın aşkarlanma tezliyi yaşdan asılı olaraq dəyişir: 0,2±0,2% - 40-49 yaşlarda, 3,6±1,0% - 50-59 yaşlarda, 4,4±1,4% - 60-dan yuxarı yaşlarda. Cinsdən asılı olaraq qlaukomanın aşkarlanma səviyyəsi fərqli olsa da (2,8±0,8% kişilərdə, 1,9±0,6% qadınlarda), bir-birindən statistik dürüst fərqlənməmişdir (P>0,05).
Yekun
Qlaukomanın erkən aşkar edilməsi üçün poliklinikalara ilkin müraciət etmiş 40 və yuxarı yaşlı şəxslərin göz tonometriyasını həyata keçirmək zəruridir.