MÜŞTƏRƏK İNFEKSİYALAR VƏ ŞƏKƏRLİ DİABET FONUNDA UVEİTLƏRİN MÜALİCƏSİNİN RETROSPEKİV TƏHLİLİ (6 İLLİK NƏTİCƏLƏR)
Açar sözlər:
uveit, koinfeksiya, virus hepatiti, şəkərli diabet, siflis, HİVXülasə
Məqsəd – 6 illik müddət (2015-2020 illər) ərzində müştərək infeksiyalar və şəkərli diabet fonundakı uveit ilə pasiyentlərin stasionar müalicəsinin nəticələrinin retrospektiv müqayisəli təhlili.
Material və metodlar
Tədqiqata uveit diaqnozu ilə stasionar müalicə almış 277 nəfər xəstə (138-kişi, 139-qadın) daxildir.
Nəticə
Uveitlə ilkin müraciət edən 277 nəfər xəstədən 27 nəfərində yanaşı koinfeksiya (hepatit B, hepatit C, solğun treponema, HİV), 23 nəfərində yanaşı şəkərli diabet aşkarlanmışdır. Koinfeksiyalı uveit xəstələrində orta yaş 45,2±0.3 (26-80), stasionar müalicə müddəti 6-26 gün (12,1±0.2) təşkil etmiş və əsasən unilateral viral uveitlər olmuşdur. Yanaşı şəkərli diabet olan uveitli xəstələrdə orta yaş 54,3±0.4(22- 75), çarpayı günlərinin sayı 7-20 gün (10,1±0.2) təşkil etmiş və proses əsasən bilateral (44%) olmuşdur. Koinfeksiyalı xəstələrin daha cavan olmasına və uveitin bir gözü əhatə etməsinə baxmayaraq, onlarda orta çarpayı günlərinin sayı daha çox olmuşdur. Residivlərlə təkrar stasionar müraciətlərin sayı 57(17,1%) olmuşdur. 2020-ci ildə ilkin müraciətlərin sayı ən az, təkrar stasionar müraciətlərin (residivlərin) sayı isə maksimal olmuşdur. Residivlərin artması pandemiya dövründə yaşanan stress fonundakı neyroendokrin və immun dəyişikliklərlə əlaqələndirilir.
Yekun:
• 6 illik müddət ərzində uveitlə stasionar müalicəyə müqayisədə ən çox müraciətlərin sayı 2018-ci ildə (62/22,4%), ən aşağı isə pandemiya dövründə 2020-ci ildə (36/13%) olmuşdur. • 2020-ci ildə təkrar müraciətlərin sayında artma və maksimal həddə çatma (16/28,1%) qeydə alınmışdır. • Müştərək infeksiyalar (koinfeksiyalar) fonunda uveit zamanı daha uzun sürən stasionar müalicə tələb olunmuşdur (12,1±0,2 gün). Bu da uveit zamanı yanaşı infeksiyaların etioloji spesifk müalicəsinin vacibliyini göstərir. • Uveit keçirmiş xəstələr daim oftalmoloqun və müvafq həkim-mütəxəssislərin dispanser nəzarətində olmalıdırlar.