ТЕОРЕТИЧЕСКАЯ КОНЦЕПЦИЯ О КОМПЛЕКСНОЙ СИСТЕМЕ РЕАБИЛИТАЦИИ ИНВАЛИДОВ ВСЛЕДСТВИЕ ПАТОЛОГИИ ОРГАНА ЗРЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Авторы

  • Керимов К.Т.
  • Рустамова Н.M.
  • Керимова Нар.К.
  • Султанова А.И.
  • Керимова Н.К.
  • Рашидализаде Э.К.

Açar sözlər:

ekspertiza, reabilitasiya, əlillik

Xülasə

Aparılan tədqiqatlar göstərir ki, gözün ağır xəstəlikləri görmə funksiyasına təsir göstərərək zəifgörmə, korluq
və əlilliklə nəticələnir, insanlar əmək qabiliyyətini itirirlər.
Azərbaycan Respublikası Prezidentinin əmri ilə 1993-cü ildə və təkmilləşdirilmiş şəkildə 2003-cü ildə «Əlillərin
sosial müdafiəsi haqda» Sərəncam verilmişdir. Bu əmrdə əlillərin tibbi-sosial reabilitasiyasının inkişafı, onlara
ixtisaslaşdırılmış oftalmoloji profili reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Prezidentin əmrinə əsaslanaraq Azərbaycanda yeni müasir ictimai-siyasi və iqtisadi tələbata uyğun olan
kompleks reabilitasiya proqramı hazırlanmalıdır. Kompleks reabilitasiya konsepsiyası sosial-iqtisadi, maddi-
texniki, maliyyə təminatlarını dövlət və yerli maliyyə bazalarına əsaslanır.

İşin məqsədi. Azərbaycan Respublikasında göz xəstəlikləri üzrə əlillərin komplex tibbi-sosial reabilitasiya sisteminin nəzəri
və təşkilati əsaslarının işlənib hazırlanması.

Material və metodlar
kompleks konsepsiyasını hazırlamaq üçün 37 TİEK-in və pensiya işlərinin (23850 və 19514 iş) analizi aparılıb.
Tədqiqat sosial-gigiyenik, klinik-oftalmoloji və ekspertiza-reabilitasiya metodları ilə öyrənilib.
Kompleks reabilitasiya konsepsiyası 3 vəzifəni həll edir: tibbi reabilitasiya problemi; əmək-sənət reabilitasiyası;
sosial reabilitasiya.
Reabilitasiya bazaları dövlət və qeyri-dövlət (fərdi, ümumi və dini) təşkilatlarından ibarətdir. Reabilitasiya
bazalarının tipləri aşağıdakılara bölünür: ekspertiza, istehsalat, təhsil, sosial.
Tibbi reabilitasiya pulsuz dövlət sığorta sistemi vasitəsi ilə aparılır.
Sosial bazalar sosial reabilitasiyanı yerinə yetirir.
Tibbi sosial ekspertiza fərdin kateqoriyasını və xəstəliyin ağırlıq dərəcəsini, iş qabiliyyətinin itirmə dərəcəsini
təyin edir.
Sosial ekspertiza 4 ağırlıq dərəcəsinə bölünür: az ağırlıqlı, orta ağırlıqlı, ağır və çox ağır.
Tibbi-sosial ekspetiza tibbi-bioloji, sosial, ruhi, iqtisadi faktorları əsas götürür.
Tibbi-sosial nəticə əlilin görmə qabiliyyətindən asılı olur.
Kompleks reabilitasiya proqramının həyata keçməsi üçün dövlət qanununun olması, sosial-iqtisadı, maliyyə
və maddi-texniki amillər əsasdır.
Hazırki konsepsiya Milli Oftalmologiya Mərkəzinin 2006-2010-cu illərdə apardığı elmi-tədqiqat işinə əsasla-
naraq «Göz əlillərinin tibbi-sosial yardımın təşkilinin təkmilləşdirilməsi və əlilliyin profilaktikası» mövzusu adı
altında aparılmışdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.01.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Керимов К.Т. et al. 2025. ТЕОРЕТИЧЕСКАЯ КОНЦЕПЦИЯ О КОМПЛЕКСНОЙ СИСТЕМЕ РЕАБИЛИТАЦИИ ИНВАЛИДОВ ВСЛЕДСТВИЕ ПАТОЛОГИИ ОРГАНА ЗРЕНИЯ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 4 (Jan. 2025), 52–57.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>