MƏKTƏB YAŞLI UŞAQLARDA BAŞ AĞRISI VƏ REFRAKSİYA ANOMALİYALARININ KORRELYATİV ASPEKTLƏRİ

Авторы

DOI:

https://doi.org/10.71110/ajo791020241604510918

Açar sözlər:

baş ağrısı, refraksiya anomaliyaları, astiqmatizm

Abstract

Məqsəd – baş ağrıları və refraktiv anomaliyalar arasındakı əlaqəni araşdırmaq və kliniki əhəmiyyətini qiymətləndirmək.

Material və metodlar
Tədqiqata 6 - 17 yaşlarında olan 203 uşaq daxil edilmişdir. Uşaqlar üç yaş qrupuna bölünmüş və hər birinə geniş oftalmoloji və nevroloji müayinə aparılmışdır. Baş ağrıları ICHD-3 (The International Classification of Headache Disorders 3rd edition) kriteriyalarına əsaslanaraq qeyd edilmişdir. Refraktiv anomaliyalar müəyyən edilib, baş ağrılarının və konkret refraktiv anomaliyaların arasında statistik hesablama üsulları vasitəsi ilə əlaqənin olması qiymətləndirilmişdi.

Nəticələr
Nəticələr refraksiya anomaliyaları və baş ağrıları arasında əhəmiyyətli bir əlaqənin mövcudluğunu, xüsusilə astiqmatizmi olan uşaqlarda daha nəzərəçarpan olduğunu göstərmişdir. Hipermetropik astiqmatizmi olan uşaqların 54,1%-də baş ağrısı qeyd edilib, bu da tədqiqatda ən yüksək faizdir. Hipermetropiyası olan uşaqlarda baş ağrısı halları 40,6%-da təşkil edib, miopiyası olanlarda isə bu göstərici daha aşağı – 42,9% olmuşdur. Ümumilikdə, astiqmatizm baş ağrıları ilə ən çox əlaqəli olan anomaliyadır. Miopik astiqmatizm ilə baş ağrısı olan xəstələrin 40%- də müşahidə edilən bir növ baş ağrısı ilə xarakterizə olunur. Tədqiqat refraksiya qüsurlarının erkən diaqnostikası və müalicəsinin vacibliyini vurğulayır, çünki vaxtında və ya düzgün aparılmayan korreksiya görmə problemlərini, baş ağrılarının yaranma ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqatın nəticələri mövcud ədəbiyyatla uyğun gəlir, astiqmatizmi olan uşaqlarda baş ağrılarının ən əhəmiyyətli risk faktoru olduğunu göstərir.

Yekun
Uşaqlarda refraksiya anomaliyaların erkən aşkarlanması və müalicəsi baş ağrılarının qarşısının alınması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün vacibdir. Gələcək tədqiqatlarda bu yaş qrupunda baş ağrılarının səbəblərinə təsir edən əlavə amillərin araşdırılması məqsədəuyğundur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.01.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR