YENİYETMƏLƏRDƏ MİOPİYA VƏ MİQREN: DAMAR DƏYİŞİKLİKLƏRİNİN DOPPLEROQRAFİK MEYARLARI

Müəlliflər

Açar sözlər

miopiya, miqren, rəngli doppler kartlaşdırılma, yeniyetmələr

Xülasə

Miqren yeniyetmələrdə ən geniş yayılmış nevroloji pozğunluqlardan biridir. Miqrenin inkişafına səbəb olan mümkün amillərdən biri də refraksiya pozğunluqları – miopiya, hipermetropiya və astiqmatizm kimi görmə qüsurlarıdır.

Məqsəd – yeniyetmələrdə miqren zamanı refraksiya pozğunluqlarında doppler meyarlarını qiymətləndirmək və göz alması damarlarında qan axınının dəyişiklikləri ilə görmə pozğunluqları arasındakı əlaqəni müəyyənləşdirmək.

Material və metodlar
Tədqiqat üçün 11-17 yaş arasında baş ağrılarından şikayətlənən və refraksiya pozğunluqları diaqnozu ilə 87 pasiyent (174 göz) seçilmişdir. Pasiyentlər 3 qrupa bölünmüşdür: miqrensiz miopiyalı pasiyentlər (n=31), miqreni olan emmetroplar (n=19), miqreni və miopiyası müştərək olan pasiyentlər (n =37). Nəzarət qrupunu 20 sağlam şəxs təşkil etmişdir. Refraksiya pozğunluqlarının dərəcəsindən asılı olaraq miopiyalı pasiyentlər 3 qrupa bölünmüşdür: zəif miopiyalı (–)0,25-dən (–)3,0 D-yaya qədər) 39 pasiyent (44,8%), orta miopiyalı (–)3,25-dən (–)6,0 D-ya qədər) 30 pasiyent (34,5%), yüksək miopiyalı (–)6,0 D-dan yuxarı) 18 pasiyent (20,7%).

Rəngli doppler kartlaşdırılması (RDK) vasitəsilə göz arteriyasında (GA), tor qişanın mərkəzi arteriyasında (TQMA) və arxa qısa siliar arteriyalarda (AQSA) aşağıdakı hemodinamik parametrlər öyrənilmişdir: maksimal sistolik sürət (Vmax), minimal diastolik sürət (Vmin), rezistentlik indeksi (RI). Həmçinin qan axınının asimmetriya dərəcəsi qiymətləndirilmişdir.

Nəticələr
Нər üç arteriyada bütün öyrənilmiş parametrlər üzrə statistik olaraq əhəmiyyətli fərq müəyyən edilmişdir. Miqrenli pasiyentlərdə GA-da Vmax və Vmin-un azalması və RI-nin artması müşahidə olunur ki, bu da miqrenin patogenezində damar komponentinin rolunu göstərə bilər. Daha əhəmiyyətli dəyişikliklər miopiya və miqrenin birlikdə müşahidə olunduğu qrupda qeyd olunmuşdur, xüsusilə də Rİ və Vmin göstəricilərində. Belə dəyişikliklər görmə yüklənməsi və damar disrequlyasiyasının birgə təsiri ilə izah oluna bilər.

Yekun
Tədqiqatımızın nəticələri miqren ağrısının mexanizmində vazomotor pozğunluqların mühüm rol oynadığını təsdiqləyir və doppleroqrafik kriteriyalar yeniyetmələrdə damar pozğunluqlarını obyektivləşdirmək üçün tətbiq oluna bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

01.10.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Ağayeva T.M. et al. 2025. YENİYETMƏLƏRDƏ MİOPİYA VƏ MİQREN: DAMAR DƏYİŞİKLİKLƏRİNİN DOPPLEROQRAFİK MEYARLARI. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 54 (Oct. 2025), 9–18.
Article Footer

Oxşar məqalələr

1-10 : 72

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.