РАСПРОСТРАНЕННОСТЬ АНОМАЛИЙ РЕФРАКЦИИ СРЕДИ СТУДЕНТОВ ВЫСШИХ УЧЕБНЫХ ЗАВЕДЕНИЙ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ. ОПЫТ МОБИЛЬНОЙ КЛИНИКИ НАЦИОНАЛЬНОГО ЦЕНТРА ОФТАЛЬМОЛОГИИ ИМЕНИ АКАДЕМИКА ЗАРИФЫ АЛИЕВОЙ

Авторы

  • Назарли Д.А.

Açar sözlər:

refraksiyanın anomaliyaları, mobil klinika, miopiya, hipermetropiya, astiqmatizm

Xülasə

Məqsəd – akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mobil klinikasından istifadə edərək, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında refraksiya anomaliyaları yayılmasının müəyyənləşdirilməsi.

Material və metodlar
2012-ci ildən 2017-ci ilə qədər akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mobil klinikasında Azərbaycan Respublikasının 17 ali təhsil müəssisəsinin tələbələri arasında tədqiqat keçirilmiş. Tədqiqata 2427 tələbə (4854 göz) daxil edilmişdir. Xəstələrin yaşı 16-22 arasında olmuşdur.

Nəticə
Refraksiya anomaliyaları ilə tələbələr müayinə edildikdə aşağıdakı məlumatlar əldə edilmişdir: korreksiyasız görmə itiliyi 0,06 ± 0,02; korreksiya ilə görmə itiliyi 0,7 ± 0,2; sferik ekvivalent -9,25 ilə + 7,5 D arasında dəyişilmişdir; silindrik komponent 0 - -5.5 D aralığında olmuşdur; keratometrik göstəricilər K1 40.25 ± 2.72 D, K2 42.32 ± 3.85 təşkil etmişdir.

Yekun
Əldə edilən məlumatlar, tələbələrin skrininqi və oftalmoloji yardımın vaxtında alınması ilə əlaqəli olaraq, ali təhsil müəssisələrində mobil göz klinikalarının potensial təsirini göstərir. Oftalmoloji xəstəliklər əhalinin sağlamlıq göstəricilərinə təsir edir, iş qabiliyyətini azaldır, əlilliyə səbəb olur, həyat keyfyyətini xeyli azaldır. Refraksiya anomaliyaları ilə cavan iş qabiliyyətli şəxslərdə aparılan tədqiqatların təhlili göstərmişdir ki, bu patologiyaların vaxtlı vaxtında aşkar edilməsində və daha sonra müalicəsində mobil oftalmoloji klinikanın böyük rolu var.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.07.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Назарли Д.А. 2017. РАСПРОСТРАНЕННОСТЬ АНОМАЛИЙ РЕФРАКЦИИ СРЕДИ СТУДЕНТОВ ВЫСШИХ УЧЕБНЫХ ЗАВЕДЕНИЙ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ. ОПЫТ МОБИЛЬНОЙ КЛИНИКИ НАЦИОНАЛЬНОГО ЦЕНТРА ОФТАЛЬМОЛОГИИ ИМЕНИ АКАДЕМИКА ЗАРИФЫ АЛИЕВОЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 24 (Jul. 2017), 55–60.