КЛИНИЧЕСКИЕ РЕЗУЛЬТАТЫ ИМПЛАНТАЦИИ ФАКИЧНЫХ ИНТРАОКУЛЯРНЫХ ЛИНЗ ARTISAN И ARTIFLEX C ДООПЕРАЦИОННЫМ МОДЕЛИРОВАНИЕМ ЛИНЗ НА АППАРАТЕ PENTACAM HR (OCULUS)
Açar sözlər:
fakik intraokulyar linzalarm implantasiyasıXülasə
İşin məqsədi. Pentacam HR (Oculus) aparatında əməliyyatdan əvvəl linzalarm modelləşdirmə proqramından istifadə edilməsi ilə Artisan və Artiflex (Ophhtec) önkameralı iris-klips fakik intraokulyar linza (FİOL) implantasiyasının kliniki nəticələrinin qiymətləndirilməsi.
Material və metodlar
Önkameralı FİOL implantasiya üsulu ilə görmənin korreksiyasının aparılmasından
əvvəl və sonra 62 göz (45 xəstə) müayinə olunmuşdur. Xəstələrin yaş həddi 18-dən 42-yə qədər olmuşdur (orta
qiymətlə - 26.2±3.5). Sferekvivalent üzrə kliniki refraksiya -7.0D - -22.5D, astiqmatizm isə 0 - -3.5D təşkil edirdi.
Standart oftalmolojı müayinəyə Pentacam HR şeympflüq kamerasında müayinə əlavə edilmişdir.
Nəticələr və müzakirələr
Önkameralı iris-klips FİOL implantasiyasından bir gün sonra korreksiyasız
görmə itiliyi orta qiymətnən 0.74±0.2, korreksiya ilə - 0.93±0.12 təşkil etmişdir. Əməliyyatdan 3-4 həftə sonra
müvafiq olaraq -0.9±0.11 və 0.96±0.07. Ümumiyyətlə, Pentacam şeympflüq kamerasının tətbiqi önkameralı
FİOL implantasiyasının potensial təhlükəsizliyini qiymətləndirməyə imkan yaradır. Aparılmış tədqiqatlardan belə
nəticə çıxarmaq olar ki, bu cərrahiyyə növünə namizədlərin seçiminin təhlükəsizlik meyarları yalnız büllurun ön
qütbündən endoteliya qədər məsafəyə yox, həmçinin ön kameranın bucağının vəziyyətinə əsaslanmalıdır. Eyni
zamanda, akkomodasiya və yaşla bağlı qalınlaşma zamanı baş verən büllurun irəliyə hərəkətini nəzərə almaq
vacibdir.