HƏRBİ QULLUQÇULARDA REFRAKTİV KORREKSİYA ÜSULLARININ MÜQAYİSƏLİ TƏHLİLİ: RİSKLƏR, İMKANLAR VƏ EFFEKTİVLİK (ƏDƏBİYYAT İCMALI)

Müəlliflər

Açar sözlər

hərbi qulluqçular, refraktiv korreksiya, refraksiya qüsurları, VF14 sorğusu, OSDI sorğusu

Xülasə

Bu məqalədə hərbi qulluqçular arasında geniş yayılan refraksiya qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm) hərbi xidmətə və döyüş qabiliyyətinə təsiri, habelə bu qüsurların korreksiyası üzrə müxtəlif üsulların müqayisəli təhlili aparılmışdır. Məqalədə eynəklər, kontakt linzalar və refraktiv cərrahiyyənin (PRK, LASIK, SMILE və ICL) üstünlükləri, habelə onların hərbi şəraitdə istifadəyə uyğunluğu dəyərləndirilmiş, hər bir metodun risk və imkanları geniş şəkildə izah edilmişdir. Beynəlxalq və lokal statistik göstəricilərə əsaslanaraq, refraksiya anomaliyalarının yayılma meylləri təhlil edilmiş və onların vaxtında aşkarlanmasının əhəmiyyəti vurğulanmışdır. Refraktiv cərrahiyyənin döyüş şəraitində əsgərlərə üstünlüklər qazandırması, həmçinin bu sahədə həyata keçirilən beynəlxalq proqramların (məsələn, ABŞ “Warfighter Refractive Eye Surgery Program”) uğurlu nəticələri təqdim edilmişdir. Ocular Surface Disease Index (OSDI) və Visual Function Index-14 (VF-14) kimi anketlərin tətbiqi ilə refraktiv korreksiyanın subyektiv və funksional nəticələrinin qiymətləndirilməsi təhlil olunmuş, əməliyyat sonrası quru göz simptomlarının dinamikası və vizual funksiyaların bərpası məsələləri araşdırılmışdır. Məqalə həmçinin maarifləndirmə, erkən diaqnostika və profilaktika tədbirlərinin vacibliyini önə çəkir. Nəticə etibarilə, hərbi personal arasında görmə sağlamlığının qorunması və korreksiya metodlarının effektiv tətbiqi ordunun ümumi döyüş qabiliyyətinin yüksəldilməsində strateji əhəmiyyətə malikdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

01.10.2025

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Necə istinad edilir

[1]
Orucova S.R. 2025. HƏRBİ QULLUQÇULARDA REFRAKTİV KORREKSİYA ÜSULLARININ MÜQAYİSƏLİ TƏHLİLİ: RİSKLƏR, İMKANLAR VƏ EFFEKTİVLİK (ƏDƏBİYYAT İCMALI). Azərbaycan Oftalmologiya Jurnalı. 17, 54 (Oct. 2025), 91–103.
Article Footer

Oxşar məqalələr

1-10 : 114

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.