GÖRMƏ ORQANININ FUNKSİONAL VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ÇAĞIRILMIŞ GÖRMƏ POTENSİALLARI MÜAYİNƏSİNİN ƏHƏMİYYƏTİ

Авторы

  • Huseynli S.F.
  • Orucova S.N.

Açar sözlər:

funksional görmə pozğunluğu, çağırılmış görmə potensialı müayinəsi, ambliopiya, simulyasiya

Xülasə

Məqsəd – funksional görmə pozğunluğu hallarında aparılan çağrılmış görmə potensialları (ÇGP) müayinəsinin əhəmiyyətinin qiymətləndirilməsi

Material və metodlar
Ümumilikdə 289 gənc oğlan ÇGP müayinəsinə cəlb edilmişdir. Hazırki tədqiqatda ambliopiya və simulyasiya hallarının diaqnostikasında P100 komponentinin görmə itiliyinin proqnostik təyini üçün əhəmiyyəti təhlil edilmişdir. Bu məqsədlə 63 xəstənin ÇGP müayinəsi zamanı alınmış P100 komponentinin nəticələri təhlil edilmişdir. Tədqiqata daxil olan 19 gəncdə disbinokulyar, 4 gəncdə mərkəzi mənşəlli, 24 gəncdə refraksion ambliopiya mövcud olmuşdur ki, onların nəticələri ambliopiya qrupunda təhlil edilmişdir. Daha 17 gəncdə simulyasiya halının aşkarlanması ÇGP müayinəsi ilə təsdiq edimiş, alınan nəticələr simulyasiya qrupunda təhlil olunmuşdur. Bütün pasiyentlərdə görmə orqanının kompleks müayinəsi ilə yanaşı funksional vəziyyətin qiymətləndirilməsi üçün ÇGP müayinəsi ROLAND CONSULT – Super Color-Ganzfeld 0450 S (Almaniya) alətində aparılmışdır. Hər gözün ayrılıqda görmə itiliyinin obyektiv dəyərləndirilməsində bu müayinənin “geriqayıtma modelinin (pattern reversal – PR VEP)” məlumatları təhlil edilmişdir.

Nəticə
Alınan nəticələr əsasən ambliopiya qrupunda P100 komponentinin latentliyi 60' qıcığında normal olsada, 15' qıcığında uzanmış, amplitudası hər iki qıcıqda azalmışdır. Nəzərə almaq lazımdır ki, ambliopiya qrupunda görmə itiliyinin orta göstəricisi 0,073±0.015 (Snellen – desimal şkalaya uyğun) təşkil etmişdir. Simulyasıya qrupunda parametrlər norma daxilində olmuş, normal qrupla müqayisədə statistik fərq göstərməmişdir (p>0,05) .

Yekun
ÇGP müayinəsi görrmə yollarının funksional vəziyyətinin qiymələndirilməsində böyük əhəmiyyət daşıyır. Alınan nəticələrə əsasən P100 komponentinin amplitudasında azalma müayinə metodunun görmə itiliyinin obyektiv parametrlər əsasında qiymətləndirilməsində üstünlüyünü göstərərək, ambliopiya və ya simulyasıya hallarında daha düzgün nəticə kimi dəyərləndirilməsinə imkan yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.03.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR