ЭТИОФАКТОР ПРИ ХРОНИЧЕСКИХ КОНЪЮНКТИВИТАХ У ДЕТЕЙ
Açar sözlər:
xroniki konyunktivit, konyunktival boşluğun mikroforası, mikroforanın həssaslığı və rezistentliyiXülasə
Məqsəd – xroniki konyunktivitli uşaqlarda konyunktival boşluqda olan mikroforanın xarakterini araşdırmaq.
Material və metodlar
Tədqiqata akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin uşaqlarda gözün patologiyası şöbəsinin poliklinik kabinetlərindən birinə müraciət etmiş xroniki konyunktivitlə 1-15 yaş dövründə 120 uşaq (25 oğlan – 95 qız) daxil edilmişdir. Sönük gedişli xronik konyunktivit (78 uşaq) və residivli gedişli konyunktivitin (42 uşaq) bakterial, virus, mikoz, demadekoz törədiciləri aşkar edilmişdir.
Nəticələr
Xəstələrin çoxunda xroniki fon xəstəlikləri, xroniki sinusit, mədə-bağırsaq xəstəlikləri (həmçinin helmintoz), kariyes, herpevirus infeksiyası, təkrari respirator virus infeksiyası olduğu və bəzi hallarda xroniki fon xəstəliklərinin kombinasiyasının varlığı təsdiqlənmişdir. Yanaşı olaraq aşkar edilmiş foranın antibiotiklərə həssaslığı tədqiq edilmişdir.
Yekun
Etiotrop müalicənin gedişində xroniki fon xəstəliklərinə dair müvafq mütəxəssislərin rəylərinin və ikincili immun defsiti hallarının nəzərə alınması son nəticələrin effektini yüksəltmişdir.