VİRAL UVEİTLƏRİN LABORATOR DİAQNOSTİKA METODLARI
Açar sözlər:
viral uveit, laborator diaqnostika, göz iltihabı, viral infeksiyaXülasə
Uveitin diaqnozu adətən anamnezə və klinik müayinələrin nəticələrinə əsasən qoyulur. Oxşar klinika
ilə gedən hallarda və ya aşkar sistem dəyişiklik olmadığı hallarda törədicini və səbəbini dəqiqləşdirmək
bəzən çətinlik yarada bilər. Bu səbəbdən də uveit zamanı gözdaxili mayelərdə patogenin molekulyar
səviyyədə aşkarlanmasına olan maraq getdikcə artır. Molekulyar diaqnostika metodları artdıqca daha
öncə idiopatik sayılan uveitlərin bəzisinin virus etiologiyalı olmasının üzə çıxması istisna olunmur. Virus
uveitlərinin təsdiqi üçün seroloji testlərdən, yeni növ molekulyar diaqnostik testlərdən, kiçik həcmlər
üçün nəzərdə tutulmuş metagenomik dərin ardıcıllıq (Metagenomic deep sequencing) analizindən,
polimeraz zəncir reaksiyalarından (PCR), Qoldman-Vitmer koeffisientindən (GWC) gözdaxili mayelərdə
virusun təyini üçün istifadə olunur.
Bu analizlər xəstəliyin etiologiyasını təsdiqləməyə, xəstəliyin şiddətini təyin etməyə və bununla
da daha düzgün müalicə seçmək üstünlüyü yaradır. Həmçinin, virus mənşəli klinikaya bənzər hal olub
lakin ən-ənəvi müalicəyə tabe olmayan hallarda, etiologiyanı təyin etmək və viral yükü qiymətləndirmək
üçün faydalı ola bilər. Beləliklə, molekulyar diaqnostik testlər uveitli xəstənin klinik şəkli nəzərə alınaraq
qiymətləndirilməsi lazım olan köməkçi diaqnostik metodlardır.