РЕТИНАЛЬНЫЙ НЕКРОЗ ПРИ ТУБЕРКУЛЁЗНОМ УВЕИТЕ: ДИФФЕРЕНЦИАЛЬНАЯ ДИАГНОСТИКА, ОСОБЕННОСТИ ИММУНИТЕТА, КЛИНИКА, ЛЕЧЕНИЕ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Авторы

  • Меджидова С.Р.
  • Пашаева Ш.Б.
  • Рустамбекова Г.Р.

Açar sözlər:

gözlərin vərəmi, uveit, retinit, nekroz

Xülasə

Ağ ciyərdən kənarda olan vərəmin ümumi epidemioloji strukturunda gözün vərəm zədələnmələrinin xüsusi çəkisi 6,2-8% təşkil edir. Bugünkü gündə müasir ftiziooftalmologiyanın ümumi strukturunda vərəm uveitləri birinci yerlərdən birini tutur. Vərəm-allergik uveitlərin xüsusi çəkisi 56,7%, metastatik – 43,3% təşkil edir. Hazırki məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinə tor qişanın kəskin nekrozu, panuveit diaqnozu ilə müraciət etmiş 35 yaşlı qadın pasiyentin klinik halının təhlili təqdim olunub. Pasiyent lazımi oftalmoloji, laborator, instrumental müayinədən keçmişdir.
Differensial diaqnostika herpes virusu və sitomeqalovirus infeksiyası, insanın immunodefsiti virusu, toksoplazmoz, siflis ilə aparılmışdır. Aparılan müayinələr nəticəsində son diaqnoz təyin olunmuşdur: vərəm etiologiası olan panuveit, tor qişanın retinal nekrozu. Ftiziatr ilə birgə təyin edilmiş spesifk müalicə sayəsində xəstəliyin gedişində əhəmiyyətli yaxşılaşma qeyd olunmuşdur. Tor qişanın qopması riskinin mümkünlüyü haqda xəbərdarlıq verilmişdir. Xəstə dispanser qeydiyyata alınmışdır və nəzarət altında saxlanılır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

15.08.2015

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Как цитировать

[1]
Меджидова С.Р. et al. 2015. РЕТИНАЛЬНЫЙ НЕКРОЗ ПРИ ТУБЕРКУЛЁЗНОМ УВЕИТЕ: ДИФФЕРЕНЦИАЛЬНАЯ ДИАГНОСТИКА, ОСОБЕННОСТИ ИММУНИТЕТА, КЛИНИКА, ЛЕЧЕНИЕ (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ). Azərbaycan Oftalmologiya Jurnalı. 18 (Aug. 2015), 77–85.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 > >>