GÖZ ALMASININ KÜT ZƏDƏSİ NƏTİCƏSİNDƏ MAKULYAR YIRTIĞIN SPONTAN BAĞLANMASI (KLİNİK HAL)
Açar sözlər
küt travma, travmatik makulyar yırtıq, Berlin ödemiXülasə
Optik koherent tomoqrafiyanın (OKT) nəticələrinin dinamik monitorinqi əsasında göz almasının küt travmasından sonra yaranmış makulyar yırtığın spontan bağlanması ilə iki klinik hal təqdim olunur. Alınan nəticələrə və ədəbiyyat təhlilinə görə, göz almasının küt zədəsindən sonra yaranmış makulyar yırtığın spontan bağlanması OKT-yə əsasən makulyar yırtığın kənarlarında kistoz boşluqların olmaması və ya az olması, epiretinal membran, yırtıq kənarları arasındakı minimal və bazal diametrin kiçik olması, retina piqment epiteli üzərində hiperreflektiv punktat spotların miqrasiyasının olması əsas şərtləndirilən amillər arasında göstərilmişdir.