OPTİK KOHERENS TOMOQRAFİYANIN VASİTƏSİ İLƏ SUBKLİNİK KERATOKONUSUN ERKƏN AŞKARLANMASI (ƏDƏBİYYAT İCMALI)

Authors

DOI:

https://doi.org/10.71110/ajo7910202517025391100

Keywords:

subklinik keratokonus, optik koherens tomoqrafiya, yatrogen keratektaziya, buynuz qişanın epitelial qalınlıq xəritəsi, tibbi diaqnostik cihazlar

Abstract

Xüsusilə, refraktiv cərrahiyyə öncəsi aparılan skrininq zamanı son illərdə buynuz qişanın epitelinin qalınlıq xəritəsinin qiymətləndirilməsi həm kliniki, həm də elmi araşdırma baxımından mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Epitel paximetriyasının yerli və ya diffuz topoqrafik pozuntuları, həm ümumi buynuz qişanın refraktiv gücünə əhəmiyyətli dərəcədə təsir göstərə bilər, həm də bəzi hallarda əsas stromal pozuntuları maskalaya bilər. Buna görə də, buynuz qişanın epitelini və stromasını ayrıca təhlil etmək keratokonusun diaqnozu üçün əlavə məlumat verə bilər. Fokal epitelial qalınlıq variasiyasının ön seqment yüksək-rezolüsiyalı optik koherens tomoqrafiya (ÖS- OKT) vasitəsi ilə dəyərləndirilməsi normal topoqrafiyalı və normal klinik göstəriciləri olan gözlərdə keratokonusun çox erkən mərhələdə identifikasıyasında daha həssas bir üsul hesab olunur. Bu isə xəstəliyin erkən diaqnostikasında, xüsusən yatrogen keratektaziyanın profilaktikası və müalicəsində düzgün taktikanın seçilməsi baxımından mühüm aktuallıq kəsb edir. Buynuz qişanın epitelin təsviri refraktiv cərrahın arsenalında vacib və mütləq olan vasitədir.

Downloads

Download data is not yet available.

Published

2025-06-17

Issue

Section

​LITERATURE REVIEWS

How to Cite

[1]
Rəcəbli R.X. 2025. OPTİK KOHERENS TOMOQRAFİYANIN VASİTƏSİ İLƏ SUBKLİNİK KERATOKONUSUN ERKƏN AŞKARLANMASI (ƏDƏBİYYAT İCMALI). The Azerbaijan Journal of Ophthalmology. 17, 53 (Jun. 2025), 91–100. DOI:https://doi.org/10.71110/ajo7910202517025391100.
Article Footer

Similar Articles

1-10 of 333

You may also start an advanced similarity search for this article.