КЛИНИКО-ЛАБОРАТОРНЫЙ МОНИТОРИНГ ВОСПАЛИТЕЛЬНОЙ ОФТАЛЬМОПАТОЛОГИИ, АССОЦИИРОВАННОЙ С ВИРУСНЫМ ГЕПАТИТОМ С

Authors

  • Меджидова С.Р.
  • Ахундова М.И.
  • Рустамбекова Э.А.
  • Гoджаева А.М.
  • Салманова А.Р.

Keywords:

xroniki viruslu hepatitlər, viruslu hepatitin qaraciyərdən kənar təzahürləri, iltihabi
oftalmopatologiya

Abstract

Xroniki virus hepatitləri bütün infeksion xəstəliklər arasında yayılmasına görə üçüncü yeri tutur. Qaraciyərdən
kənar təzahürlərin immunopatoloji mənşəyi var. Son illərdə gözün iltihabi xəstəlikləri ehtimal olunan qaraciyərdən
kənar təzahür kimi oftalmoloqların diqqətini cəlb edir.

Məqsəd. Hepatit C yoluxması ilə assosiasiya olunan iltihabi oftalmopatologiyanm müxtəlif formaları zamanı
kliniki-laborator monitorinqin rolunun qiymətləndirilməsi.

Material və metodlar
HCV-infeksiyasma yoluxmuş iltihabi oftalmopatologiya ilə 27 xəstə, o cümlədən,
keratitlə - 4 (14,8%), keratouveitlə - 8 (29,6%), periferik uveitlə - 10 (37.1%), arxa uveitlə - 5 (18,5%) pasiyent
tədqiqatın kliniki materialı olmuşdur. Pasiyentlərin əsas hissəsini 32-43 yaş arası xəstələr (19 nəfər, 70.4%) təşkil
etmişdir. Onlardan 18-i kişi, 9-u qadın idi. Oftalmoloji müayinə standart müayinə üsullarım daxil etmişdir.
Laborator müayinə, viruslu hepatitlə yoluxmanın diaqnostikasından əlavə, həmçinin qanın və sidiyin ümumi
analizi, qanda qlükozanın səviyyəsi, qaraciyər fermentləri, C-reaktiv zülal, revmatoid amil, antistreptolizin,
antinuklear anticisim, hbrinogen, kiçik koaquloqramma, müxtəlif infeksiyalara və viruslara seroloji reaksiyaları
və immun statusun qiymətləndirilməsini nəzərdə tuturdu. Pasiyentlərin müayinəsi daxilolma zamanı müalicədən
əvvəl xəstəliyin kəskin mərhələsində və kliniki sağalmada həyata keçirilirdi.

Nəticələr və müzakirə
Daxilolma zamanı eritrositlərin çökmə sürəti -16 (59,3%), C-reaktiv zülal -14 (51,9%),
revmatoid amil - 12 (44,4%), antinuklear anticisimlər - 8 (29,6%), qaraciyər fermentləri - 23 (85,2%), hbrinogen 5
(18,5%), zərdab IgG - 21 (77,8%), IgM - 10 (37%), IgE - 7 (25,9%) xəstədə yüksək olmuşdur. C3 komplementin
səviyyəsi 17 xəstədə (63.9%) aşağı idi. Aktiv herpes-assosiasiya olunan infeksiyanın mövcudluğu yalnız 9 xəstədə
(33.3%) təsdiq edilmişdir. Kliniki sağalma zamanı qaraciyər fermentlərin səviyyəsi 23 xəstədə (85,2%), EÇS-in - 7
(40,7%), revmatoid amilin - 9 (33,3%), antinuklear anticisimlərin - 6 (22,2%), zərdab IgG - 11 (40,7%), IgM - 3
(11,1%), IgE -2 (7,4%) nəfərdə yüksək qalmışdır. C3 komplementin səviyyəsi 1 xəstədə (44,4%) aşağı qalmışdır.

Yekun
HCV-infeksiya ilə yoluxmuş xəstələrdə iltihabi oftalmopatologiyadan kliniki sağalmanın nəticələrinə
nail olmasına baxmayaraq, laborator göstəricilər dərin sistemli immunoloji və biokimyəvi dəyişiklikləri göstərir.
Bu gözün iltihabi xəstəliklərinin əmələ gəlməsi və gedişatmda HCV-infeksiyanın ağırlaşdırıcı rolunu və təkrar
residivlərin qarşısını almaq üçün bu xəstələrin daimi dinamik kliniki-laborator monitorinqin zəruriliyini bir daha
təsdiqləyir.

Downloads

Download data is not yet available.

Published

2013-08-18

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Меджидова С.Р. et al. 2013. КЛИНИКО-ЛАБОРАТОРНЫЙ МОНИТОРИНГ ВОСПАЛИТЕЛЬНОЙ ОФТАЛЬМОПАТОЛОГИИ, АССОЦИИРОВАННОЙ С ВИРУСНЫМ ГЕПАТИТОМ С. The Azerbaijan Journal of Ophthalmology. 12 (Aug. 2013), 65–71.
Article Footer

Similar Articles

1-10 of 59

You may also start an advanced similarity search for this article.