MAKULANIN MÜXTƏLİF PATOLOGİYALARI ZAMANI MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN TƏTBİQİ (KLİNİK HAL)

Authors

  • Şahbazova N.Ə.
  • Alıyeva A.V.
  • İsmayılova Ü.S.

DOI:

https://doi.org/10.30546/2709-4634.2022.1(40).41

Keywords:

multifokal elektroretinoqrafiya, makulyar patologiyalar

Abstract

Məqsəd - makulyar patologiyalar zamanı funksional dəyişiklikləri müəyyən etmək üçün multifokal elektroretinoqrafiyanın rolunu qiymətləndirmək.

Material və metodlar
Diabetik makulyar ödem, retinanın traksion qopması, subretinal neovaskulyar membran, mərkəzi seroz xorioretinopatiya, Ştarqart xəstəliyi və piqmentli retinit olan 35-75 yaş aralığında 6 xəstədə (6 göz) tədqiqat aparılmışdır. Görmə itiliyi 0,02-0,6 arasında tərəddüd etmişdir. Xəstələrdə standart müayinələrlə yanaşı, multifokal elektroretinoqrafiya (mf-ERQ), göz dibinin rəngli fundus şəkli və optik koherent tomoqrafiya (OKT) müayinələri aparılmışdır. Mf-ERQ müayinəsi zamanı amplitudlar və P1 latentliyi konsentrik halqalarla ölçülmüşdür.

Nəticə
Tədqiq edilən bütün pasiyentlərdə amplitudlar patoloji dəyişikliyə uyğun olaraq azalmışdır. Patoloji dəyişikliyin dərəcəsi ilə amplitud göstəriciləri arasında uyğunluq müəyyən edilmişdir. Mərkəzi seroz xorioretinopatiya istisna olmaqla, digər patologiyalarda latentlik ilə amplitud və patoloji dəyişiklik arasında nəzərəçarpacaq uyğunluq müşahidə edilməmişdir.

Yekun
Mf-ERQ makulanın müxtəlif patologiyalarında funksional dəyişikliklərin qiymətləndirilməsində vacib müayinə metodudur.

Downloads

Download data is not yet available.

Published

2022-04-24

Issue

Section

CLINICAL CASES

How to Cite

[1]
Şahbazova N.Ə. et al. 2022. MAKULANIN MÜXTƏLİF PATOLOGİYALARI ZAMANI MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN TƏTBİQİ (KLİNİK HAL). The Azerbaijan Journal of Ophthalmology. 40 (Apr. 2022), 41–50. DOI:https://doi.org/10.30546/2709-4634.2022.1(40).41.
Article Footer

Similar Articles

1-10 of 66

You may also start an advanced similarity search for this article.