MƏRKƏZİ SEROZ XORİORETİNOPATİYANIN DİAQNOSTİKASINDA FUNDUS AUTOFLUORESSENSİYANIN PRAKTİK ƏHƏMİYYƏTİ

Authors

  • Şahmalıyeva A.M.
  • Əliyev X.D.
  • Cəfərova S.F.

Keywords:

mərkəzi seroz xorioretinopatiya, fundus autofluoressensiya, fundus fluoressein angioqrafiya, optik koherent tomoqrafiya

Abstract

Məqsəd – mərkəzi seroz xorioretinopatiya zamanı xarici retinal struktur dəyişikliklərin proqnozlaşdırılmasında fundus autofluoressensiyanın (AF) təsvirlərinin optik koherent tomoqrafiya (OKT) və fundus fluoressein angioqrafiya (FAQ) təsvirləri ilə müqayisədə rolunu və onların arasındakı korrelyasiyanı tədqiq etmək.

Material və metodlar
Tədqiqata 2021-ci ilin fevral ayından 2022-ci ilin may ayına qədər akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən mərkəzi seroz xorioretinopatiya diaqnozu qoyulan 51 xəstə (63 göz) daxil edilmişdir. Bunlardan 24 göz kəskin, 17 göz xroniki, 8 göz xroniki təkrarlanan və 14 göz xroniki fəsadlaşmış MSX-ya aid edilmişdir.

Nəticə
FAF-da müşahidə olunan dəyişikliklər hipo- (bloklanmış), dənəvər, hiper-, qarışıq autofluoressensiya və "Enən trakt" şəklində təsnif olunmuşdur. Cari tədqiqat göstərdi ki, fundus autofluoressensiya təsvirləri MSX-nın bütün mərhələlərində FAQ və OKT müayinələrində aşkar olunan xarici retina və piqment epitelindəki patoloji dəyişikliklərlə düz korrelyasiya təşkil edir.

Yekun
Fundus autofluoressensiya təsvirləri mərkəzi seroz xorioretinopatiyanın bütün mərhələlərində fundus FAQ və OKT müayinələrində aşkar olunan xarici retina və piqment epitelindəki patoloji dəyişikliklərlə düz korrelyasiya təşkil edir. Mərkəzi seroz xorioretinopatiyanın xroniki formalarında xarici retina qatlarında dəyişikliklərin fundus autofluoressensiyada müxtəlif intensivlikli patternlərlə təsvir olunması üçün daha informativ müayinə metodu sayıla bilər. Fundus autofluoressensiya metodu mərkəzi seroz xorioretinopatiyanın xroniki gedişatının qiymətləndirməsində və xarici retinal struktur dəyişikliklərin proqnozlaşdırılmasında əlavə diaqnostik vasitə kimi istifadə edilə bilər

Downloads

Download data is not yet available.

Published

2022-10-17

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Şahmalıyeva A.M. et al. 2022. MƏRKƏZİ SEROZ XORİORETİNOPATİYANIN DİAQNOSTİKASINDA FUNDUS AUTOFLUORESSENSİYANIN PRAKTİK ƏHƏMİYYƏTİ. The Azerbaijan Journal of Ophthalmology. 42 (Oct. 2022), 31–40.
Article Footer

Similar Articles

1-10 of 175

You may also start an advanced similarity search for this article.