TOKSİK NEYROPATİYA İZOTRETİNOİN TERAPİYASININ NADİR OFTALMOLOJİ AĞIRLAŞMASI KİMİ (KLİNİK HAL)

Müəlliflər

Açar sözlər

izotretinoin terapiyası, yan təsirlər, toksik neyropatiya, görmə itkisi

Xülasə

İzotretinoinin (13-cis-retinoic acid) sızanaqların müalicəsində yüksək effektivliyinə baxmayaraq, izotretinoin terapiyası xeyli sayda yan təsirlərlə əlaqələndirilir və bəzən daha az rast gəlinən, lakin klinik cəhətdən daha əhəmiyyətli və potensial olaraq gözlənilməz ağırlaşmalara səbəb ola bilər.

Məqsəd – təqdim olunan klinik halda sistemli şəkildə qəbul edilən izotretinoin terapiyasının nadir oftalmoloji ağırlaşması kimi toksik neyropatiyanın inkişaf etdiyini göstərmək.
17 yaşlı gənc bir qız, izotretinoin terapiyasına başladıqdan dörd ay sonra sol gözündə görmə qabiliyyətinin aşağı enməsindən, burun tərəfindən duman və kölgə hiss etdiyindən şikayət edirdi. Oftalmoskopiya: OS – görmə siniri diski qansızma ilə örtülü idi, bəzi yerlərdə izlənilə bilən sərhədlər solğun, foveolyar zonaya qədər uzanan peripapillyar ödem, görmə siniri diskinin ətrafında yumşaq ekssudatlar müşahidə edilirdi. Torlu qişa damarları qıvrılmış, venalar gərgin və dolğun idi. Torlu qişa səthində müxtəlif ölçülü çoxsaylı intraretinal qansızmalar qeyd edilirdir. OD — göz dibi normal, patoloji dəyişikliklər yox idi. Sol gözün burun tərəfində görmə sahəsinin 20 dərəcəyə qədər daralması, sağ gözdə isə patoloji dəyişiklik olmadığı müşahidə edilirdi.

Optik koherens tomoqrafiyada (OKT) görmə siniri diskinin və makula nahiyəsinin nəzərəçarpacaq ödemi aşkar edilirdi. Xəstənin müayinəsi zamanı koaquloqramma ilə yanaşı ümumi və biokimyəvi qan analizləri, infeksiyalar üçün qan analizi və angioqrafiya ilə beyin maqnit rezonans görüntüləməsi (MRT) aparıldı. MRT-də heç bir patoloji dəyişiklik aşkarlanmadı və bütün test nəticələri normal həddə idi. Nevropatoloq, hematoloq və dermatoloq xəstəyə izotretinoin qəbulunu dayandırmaq və sistemli qlükokortikosteroidləri qəbul etməyə başlamasını tövsiyə etdilər. Görünür ki, bu kinik halda izotretinoinin toksik təsirinə son aylarda dərmanın dozasının və müvafiq olaraq yeniyetmənin çəkisinə nisbətdə kümülativ dozanın həddinin artması səbəb olmuşdur.

Yekun
Təqdim olunan klinik hal sistemli izotretinoin terapiyasının nadir oftalmoloji ağırlaşması kimi toksik neyropatiyanın inkişafını göstərir. Dərmanın vaxtında dayandırılması və patogenetik terapiyanın tətbiqi morfoloji dəyişikliklərin tədricən geriləməsinə və görmə funksiyalarının yaxşılaşdırılmasına imkan yaratdı.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

KLİNİK MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Əfəndiyeva M.E. and Saidova L.X. 2026. TOKSİK NEYROPATİYA İZOTRETİNOİN TERAPİYASININ NADİR OFTALMOLOJİ AĞIRLAŞMASI KİMİ (KLİNİK HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 97–104.
Article Footer

Oxşar məqalələr

11-20 : 322

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.