DƏRİN ÖN LAMELLYAR KERATOPLASTİKADAN SONRA GÖZYAŞI PƏRDƏSİNDƏ İLTİHABİ VƏ İLTİHAB ƏLEYHİNƏ SİTOKİNLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020261801563947

Açar sözlər

keratokonus, dərin ön lamellyar keratoplastika, femtosaniyə lazer cərrahiyyəsi, gözyaşı sitokinləri, buynuz qişanın iltihabı

Xülasə

Keratokonus qarışıq astiqmatizmə və görmə zəifliyinə səbəb olan, buynuz qişanın proqressiv ektatik xəstəliyidir. Dərin ön lamellyar keratoplastika zamanı buynuz qişanın endotel qatı qorunur və bu səbəbdən keratokonusun proqressivləşməsində bu cərrahi üsula üstünlük verilir. Bununla belə, əməliyyatdan sonrakı iltihab reaksiyaları transplantatın bitişməsinə və funksional nəticələrə əhəmiyyətli təsir göstərir. Sitokinlərin dinamikada qiymətləndirilməsi müxtəlif cərrahi texnikaların bioloji təsirinin obyektiv dəyərləndirilməsinə imkan yarada bilər.

Məqsəd – keratokonusu olan xəstələrdə dərin ön lamellyar keratoplastikadan sonra göz yaşında iltihabi və iltihab əleyhinə sitokinlərin dinamikasının qiymətləndirmək.

Material və metodlar
Bu prospektiv, müqayisəli, təsadüfi olmayan klinik tədqiqata “Proqressiv keratokonus” diaqnozu qoyulmuş 50 xəstə daxil edilmişdir. Onlardan 30-u ənənəvi dərin ön lamelyar keratoplastika, 20-i isə femtosaniyə lazer ilə dərin ön lamelyar keratoplastika əməliyyatları keçirmişdir. Tədqiqata 30 sağlam könüllüdən ibarət nəzarət qrupu daxil edilmişdir. Gözyaşı nümunələri əməliyyatdan əvvəl və əməliyyatdan sonra 1, 3, 6 və 12-ci aylarda toplanmışdır. İnterleykin-6 (İL-6) və interleykin-10 (İL-10) konsentrasiyaları immunoferment üsulu ilə müəyyən edilmişdir. İltihabın balans göstəricisi kimi İL-6/İL-10 nisbəti hesablanmışdır.

Nəticələr
Hər iki cərrahi üsuldan sonra iltihabi markerlərin artması müşahidə edilmişdir. Lakin femtosaniyə lazer ilə dərin ön lamelyar keratoplastika əməliyyatının bütün müşahidə dövrlərində daha aşağı İL-6 və daha yüksək İL-10 səviyyələri qeydə alınmışdır. İL-6/İL-10 nisbəti bu qrup xəsətlərdə əhəmiyyətli dərəcədə daha münasib olaraq zəif iltihab reaksiyası ilə müşayiət olunmuşdur. Əməliyyatdan sonrakı birinci ayda 5,0-dan yuxarı olan nisbətin göstəricisi münasib olmayan nəticələri proqnozlaşdırmışdır.

Yekun
Femtosaniyə lazer ilə aparılan dərin ön lamelyar keratoplastika keratokonusun müalicəsində bioloji və klinik üstünlüklərə malik olmaqla, ənənəvi cərrahiyyə ilə müqayisədə əməliyyatdan sonrakı iltihab reaksiyasının daha zəif olması baxımından seçim üsulu kimi hesab oluna bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Karimova M.X. et al. 2026. DƏRİN ÖN LAMELLYAR KERATOPLASTİKADAN SONRA GÖZYAŞI PƏRDƏSİNDƏ İLTİHABİ VƏ İLTİHAB ƏLEYHİNƏ SİTOKİNLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 39–47. DOI:https://doi.org/10.71110/ajo791020261801563947.
Article Footer

Oxşar məqalələr

11-20 : 421

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.