BƏBƏK SEKLYUZİYASI İLƏ AĞIRLAŞAN QLAUKOMALI GÖZLƏRDƏ CƏRRAHİ YANAŞMA (KLİNİK HALLAR)
Açar sözlər
intraokulyar linza, bəbək seklyuziyası, qlaukomaXülasə
Qlaukoma diaqnozu olan gözlərdə katarakta ekstraksiyasından sonra yaranmış iridolentikulyar sinexiyaların cərrahi sinexiolizis vasitəsilə aradan qaldırılması üzrə üç klinik hal təsvir olunur. İcra olunan cərrahi taktika gözdaxili təzyiqin (GDT) stabil qalmasına və görmə itiliyinin yüksəlməsinə imkan verir. Bu, optimal müalicə ilə birgə təsvir olunan cərrahi metodu nəzərəçarpan adheziyalarda tətbiq etməyə əsas verir.




