ARTERİAL HİPERTENZİYA ZAMANI MAKULADA OKSİDATİV STRES VƏ DAMAR DƏYİŞİKLİKLƏRİ

Müəlliflər

Açar sözlər

arterial hipertenziya, oksidativ stres, makula toxuması, tor qişanın mikrosirkulyasiyası

Xülasə

Məqsəd – arterial hipertenziya zamanı makula toxumasında oksidativ stres biomarkerlərində baş verən dəyişiklikləri və tor qişanın mikrosirkulyasiya sisteminin struktur-funksional patologiyasının eksperimental model əsasında qiymətləndirmək.

Material və metodlar
Tədqiqat Azərbaycan Tibb Universitetinin vivariumunda “Şinşilla” cinsinə məxsus 65 baş dovşan üzərində aparılmışdır. Heyvanlarda erqometrin maleat vasitəsilə 3, 5, 10 və 15 günlük farmakoloji hipertenziya modeli yaradılmışdır. Makulyar sahədən hazırlanmış homogenatlarda lipid peroksidləşməsinin əsas markerləri (H2O2, DK, MDA) və antioksidant müdafiə sisteminə aid göstəricilər (zülal-SH qrupları, peroksidaza, katalaza, ÜAF) müəyyən edilmişdir.

Nəticələr
Nəticələr göstərmişdir ki, arterial təzyiqin yüksəlməsi ilə paralel olaraq oksidativ stres ardıcıl şəkildə güclənmişdir. 3-cü gündən etibarən H2O2 və DK-nın qatılığı nəzərəçarpacaq dərəcədə artmış, 5-ci və 10- cu günlərdə bu artım daha da intensivləşmişdir. 15-ci günə çatdıqda lipid peroksidləşməsinin bütün markerləri, xüsusilə DK və H2O2, intakt vəziyyətlə müqayisədə maksimum səviyyəyə yüksəlmişdir. MDA göstəricisi də modelin dinamikasında artım meyli göstərmişdir. Antioksidant müdafiə sisteminin markerlərində isə ardıcıl zəifləmə qeydə alınmışdır. Səthi və strukturdaxili zülal-SH qruplarının, eləcə də peroksidaza və katalazanın qatılığı günlər keçdikcə əhəmiyyətli dərəcədə azalmışdır. ÜAF isə digər markerlərə nisbətən daha gec və nisbətən zəif enmə göstərmişdir. Ümumilikdə, hipertenziyanın dərinləşməsi ilə oksidativ stresin yüksəlməsi və antioksidant müdafiə sisteminin zəifləməsi arasında birbaşa əlaqə müəyyən edilmişdir.

Yekun
Aparılmış tədqiqatlar sübut edir ki, davamlı arterial hipertenziya makula toxumasında oksidativ stresi gücləndirir və bu proses tor qişa mikrosirkulyasiyasının pozulması üçün əsas patogen mexanizmlərdən biri kimi qiymətləndirilə bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

14.01.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Əliyeva G.V. 2026. ARTERİAL HİPERTENZİYA ZAMANI MAKULADA OKSİDATİV STRES VƏ DAMAR DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 55 (Jan. 2026), 19–31.
Article Footer

Oxşar məqalələr

21-30 : 240

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.