GÜNƏŞ MAKULOPATİYASI (KLİNİK HAL)
DOI:
https://doi.org/10.71110/ajo7910202517015293106Açar sözlər:
günəş makulopatiyası, OKT, pattern-ERG, mikroperimetriyaXülasə
Göz dibinin nadir patologiyalarından biri “Günəş makulopatiyası” klinik halı təqdim edilir. Müayinə zamanı bu xəstəliyin diaqnozu üçün xüsusi müayinə metodlarının - pattern-elektroretinogram (pattern- ERG), mikroperimetriya və optik koherens tomoqrafiya (OKT) - ən informativ olduğu təsdiq edilmişdir.
Təyin olunan müalicədən sonra xəstənin görmə itiliyi 0,4-dən 1,0-ə yüksəlmişdir.
Günəş makulopatiyasının inkişafının qarşısını almaq üçün pasiyentlərə günəş işığının potensial mənfi təsirləri barədə məlumat verilməli, əhali üçün maarifləndirmə tədbirləri təşkil edilməli və göz qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunmalıdır.