SUÇİÇƏYİ VİRUSU İLƏ ƏLAQƏLİ NEYRORETİNİTİN XÜSUSİYYƏTLƏRİ (KLİNİK HALLAR)
DOI
https://doi.org/10.71110/ajo791020251701528191Açar sözlər
neyroretinit, OKT, kortikosteroidlər, makula, ödemi, suçiçəyi virusuXülasə
Neyroretinit optik sinirin və sonradan makula ulduzunun formlaşması ilə xarakterizə olunan iltihabi xəstəlikdir. Etioloji baxımdan idiopatik və infeksion mənşəli neyroretinitlərə rast gəlinir. Neyroretinitin mühüm infeksion səbələrinə Bartonella henselae, Treponema Pallidum, Borrelia burgdorferi və Toxoplazma gondii daxildir. Suçiçəyi virusu (Varicella zoster) ilə əlaqəli neyroretinitlərə isə nadir rast gəlinir.
Virus mənşəli neyroretinitlərin kliniki əlamətlərini qiymətləndirmək və optimal müalicə üsulunu müəyyən etmək üçün araşdırmaya Akadеmik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 2018-2024-cü illər ərzində müraciət etmiş Varicella zoster virusu ilə ilkin infeksiya fonunda inkişaf edən neyroretinit diaqnozlu 3 xəstənin 5 gözü daxil edilmişdir. Xəstələrə standard müayinələrlə yanaşı, laborator və instrumental metodlar tətbiq olunmuş, həmçinin qanda varicella zoster virusunun aşkarlanması və baş beynin maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi aparılmışdır. Bütün xəstələrə ümumi antiviral və kortikosteroid preparatları təyin edilmişdir. Müalicə prosesində xəstələrdə müsbət dinamika müşahidə edilmişdir.
Beləliklə, infeksion neyroretinitlərin diaqnozunun vaxtında qoyulması və kompleks müalicə terapiyasının başlanılması xəstələrdə proqressivləşən görmə itiliyinin azalmasının qarşısının alınmasına və xəstəliyin əlamətlərinin yox olmasına gətirib çıxarır.