KERATOKONUS ZAMANI PARADOKSAL KLİNİK HALLAR VƏ ONLARIN TOMOQRAFİK XÜSUSİYYƏTLƏRİ
DOI:
https://doi.org/10.71110/ajo791020251701521929Açar sözlər:
keratokonus, yastı buynuz qişa, qalın buynuz qişa,Xülasə
Məqsəd – keratokonus zamanı paradoksal klinik halların tomoqrafik xüsusiyyətlərini təhlil etmək.
Material və metodlar
Analitik və retrospektiv aparılan tədqiqatda keratokonusun xüsusiyyətlərinə zidd olan paradoksal klinik hallar 2 qrupda, orta keratometriyası ≤43,5 D olan 19 göz yastı keratokonus qrupunda (YK) və mərkəzi paximetriyası ≥550 mkm olan 21 göz qalın buynuz qişa qrupunda (QK) təhlil edilmişdir. Müqayisə üçün klassik keratokonusu olan 60 göz klinik keratokonus qrupuna (KK) və keratokonus aşkar edilməyən 30 normal göz kontrol qrupa (N) daxil edilmişdir. Bütün xəstələrdə kompleks oftalmoloji müayinə və "Scheimpflug" kameralı tomoqrafiya müayinəsi aparılmışdır.
Nəticələr
YK qrupu KK qrupundan keratometrik ölçülərin çox aşağı olması, QK qrupu isə mərkəzi paximetriyanın yüksək olması ilə kəskin fərqlənmişdir. YK qrupunda digər qruplarla müqayisədə maksimal keratometriyanın vertikal meridian üzrə buynuz qişa mərkəzindən daha aşağıda yerləşməsi müşahidə olunmuşdur. YK və QK qruplarında tomoqrafın “Ektaziyaların Ətraflı Belin-Ambrosio” ekranından alınan D parametri paximetrik proqressivləşmə indeksinin orta göstəricisi (PPI orta), ön elevasiya göstəricisi (AE), arxa elevasiya göstəricisi (PE), topoqrafik xəritədən səth dəyişikliyi indeksi (ISV), vertikal asimmetriya indeksi (IVA), keratokonus indeksi (KI), hündürlüyün desentrasiya indeksi IHD kimi parametrləri normal gözlərdən statistik fərqlənmişdir (p<0,001). YK qrupunda bu parametrlər KK qrupundakı gözlərlə statistik fərq göstərməmişdir (p>0,05). Ancaq QK qrupunda diaqnozun təsdiqi üçün həssas sayılan bu parametrlərin daha aşağı göstəricilərinin olması ilə KK qrupundan da statistik olaraq fərqlənmişdir (p<0,001).
Yekun
Keratokonusun klinik gedişatına zidd olan nisbi yastı və qalın buynuz qişalarda "Scheimpflug" tomoqrafı həssas parametrlərinin yüksək göstəriciləri bu gözləri normal gözlərdən statistik olaraq fərqləndirməkdədir. Alınan nəticələr bu gözlərdə keratokonusun tomoqrafik xüsusiyyətlərini göstərməklə gələcək tədqiqatlarada müalicə usullarının seçimi, proqnostik və taktiki yanaşmaların təhlilinə imkan verəcəkdir.