ЦВЕТОВОЕ ДОППЛЕРОВСКОЕ КАРТИРОВАНИЕ У ДЕТЕЙ С МАКУЛОДИСТРОФИЯМИ
Açar sözlər:
rengli dopler kartlaşdırma, uşaqlarda makulodistrofiyaXülasə
İşin məqsədi: makulodistrofiya zamanı uşaqlarda rəngli doppler müayinəsinin köməyi ilə göz damarlarda
hemodinamik parametrlərin öyrənilməsi olmuşdur.
Makulodistrofiya diaqnozu ilə yaş həddi 6-14 arasında olan 12 uşaqda (18 göz) müayinə aparılmışdır.Onlardan
7-si qız, 5-i oğlan olmuşdur.Rəngli doppler kartlaşdırma «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs
diaqnostik aparatında 7.5Mhz xətti datçik vasitəsilə həyata keçirilmişdir.
Məlum olmuşdur ki, uşaqlarda makulodistrofiya zamanı hemodinamik parametrlərin nəzərə çarpan dəyişikliyi
tor qişanın mərkəzi arteriyasında baş vermişdir.
Beləliklə, rəngli doppler müayinəsi pediatrik oftalmologiyada informativ metod hesab olunur.