КЛИНИКО-ИММУНОЛОГИЧЕСКАЯ ОЦЕНКА РЕАКТИВАЦИИ ГЕРПЕТИЧЕСКОЙ ИНФЕКЦИИ ПОСЛЕ ТРАВМЫ ГЛАЗА
Açar sözlər:
“erkən” antigenlər, herpes virusları, reaktivasiya, travmatik keratitXülasə
Məqsəd. Buynuz qişanın zədədən sonrakı patoloji vəziyyətində I və II tipli herpes virusunun qeyristruktur olan antigenlərə qarşı IgG zərdab anticisimlərin təyin olunmasının diaqnostik əhəmiyyətinin qiymətləndirilməsi idi.
Material və metodlar
“Travmatik keratit” diaqnozu ilə stasionara daxil olan 37 nəfər xəstənin kliniko-
immunoloji müayinəsinin nəticələri təqdim olunmuşdur. Herpes virusunun reaktivasiyasının marköru rolunda
virusun requlyator “erkən” antigenlərə qarşı immunoferment analizi ilə təyin olunmuş IgG zərdab anticisimləri
seçilmişdi.
Nəticələr
Herpes I virusunun antigenlərinə qarşı qeyd olunmuş anticisimlərin yüksək səviyyəsi 35,1% , herpes
II virusunun antigenlərinə qarşı - 16,2% hallarda təyin olunmuşdur. 5 xəstədə eyni zamanda həm herpes I, həm də
herpes II virusların “erkən” antigenlərinə qarşı IgG autoanticisimlər tapılmışdır. Bu pasiyentlərdə zədə nəticəsində
əmələ gəlmiş buynuz qişanın patoloji vəziyyətlərinin kliniki gedişi ifadə olunmuş simptomatikası və uzun sürən
sağalma müddəti ilə fərqlənirdi.
Bir aydan sonra tədqiq olunan anticisimlərin səviyyəsi normativ göstəricilərə qayıdırdı. Bu kliniki hallar klassik
oftalmoherpesin nümunələri kimi təqdim etmək olmaz idi. Burada travmatik keratitinn fəsadlı gedişində herpes
virusunun triqqer əhəmiyyəti var idi (herpes assosiyasiya olunmuş oftalmopatologiya).
Yekun
Herpes virusunun “erkən” qeyristruktur antigenlərə qarşı IgG anticisimlərinin təyin olunması travmatik
keratit və keratoiridosiklit ilə olan xəstələrdə bu qorxulu infeksiyanın reaktivasiyasının aşkar edilməsi üçün vacib
diaqnostik əhəmiyyəti var. Bu, lazım olan müalicəvi tədbirlərin aparılmasına və xəstəliyin təkrar residivlərinin
qarşısının alınmasına imkan yaradacaqdır.