ХИРУРГИЧЕСКОЕ ЛЕЧЕНИЕ СЕНИЛЬНОГО ЭКТРОПИОНА НИЖНЕГО ВЕКА: УКОРОЧЕНИЕ ТАРЗАЛЬНОЙ ПЛАСТИНКИ И ОПЕРАЦИЯ LAZY-T (ПЕНТАГОНАЛЬНАЯ РЕЗЕКЦИЯ ВЕКА С ЗАВОРОТОМ СЛЕЗНОЙ ТОЧКИ)
Açar sözlər:
senil ektropion, Lazy-T əməliyyatı, qapağın üfuqi qısalmasıXülasə
Məqsəd: Senil ektropionda cərrahi əməliyyatların effektivliyinin öyrənilməsi. Bu analiz üçün 23 xəstədə (28 göz) cərrahi əməliyyat aparılmışdır. Birinci metodika - Lazy-T əməliyyatı medial ektropionda 10 xəstə (12 göz), ikinci metodika - göz qapağının üfuqi qısalması ümumi ektropionda 13 xəstə (16 göz) üzərində aparılmışdır. Xəstələr əməliyyatydan sonra 1-ci, 7-ci gün və 1,3,6 ay ərzində dinamik müşahidədə olmuşdular. Bütün xəstələrdə qapağın tam korreksiyası alınmışdır. Beləliklə, qapağın üfuqi qısalması və Lazy-T əməliyyatları senil ektropionun bütün növlərində effektivdir, lakin effektivliyin dərəcəsi ektropionun növündən asılıdır. Lazy-T əməliyyatı medial ektropion üçün, qapağın üfuqi qısalması isə ümumi ektropionda ən yaxşı metodikadır.