ОФТАЛЬМОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ЗАКРЫТОЙ ЧЕРЕПНО-МОЗГОВОЙ ТРАВМЫ У ДЕТЕЙ С ПЕРИНАТАЛЬНОЙ ЭНЦЕФАЛОПАТИЕЙ В АНАМНЕЗЕ
Xülasə
Müayinə olunmuş 128 xəstədən 95-i travmadan əvvəl də Uşag Nevroloji Xəstəxanasının təşəbbüsü ilə Milli
Oftalmologiya Mərkəzinin nəzarətində olmuş, perinatal ensefalopatiya (PE) diagnozu ilə müayinə və müalicələr
aparılmış və bu səbəbdən qapalı kəllə-beyin travması (QKBT) ilə də həmin tibb müəssisəsinə müraciət etmişdir. Bu
da, öz növbəsində PE fonunda keçirilmiş QKBT klinik xüsusiyyətlərinin araşdırılmasına, həmçinin onların oftalmoloji
təzahürlərinin dinamikasının izlənməsinə şərait yaratmışdır.
QKBT ilk klinik təzahürlərinin başlanmasından keçən 3 gün ərzində aparılmış KT müayinələr beyin mədəcikləri də daxil
olmaqla likvor sahələrinin nisbi daralması və yarımkürələrin ağ maddəsinin, xüsusilə III mədəcik ətrafı sahənin sıxlığının
artmasını qeyd etmişdir (hiperemiya). 3-4 sutkadan sonrakı dinamika, sıxlığın tədriclə azalmasına baxmayaraq intrakranial
hipertenziyanın davam etməsi və “hiperemiya-ödem” nisbətinin sonuncunun xeyrinə dəyişdiyini aşkar etmişdir.
Aşkar edilmişdir ki, PE fonunda keçirilmiş QKBT səbəbindən travmadan əvvəlki dövrdə əldə olunmuş adaptasiya
elementlərinin əksəriyyəti itirilir. Bu itki əsasən optiko-kinetik dizrequlyasiya mexanizmlərində öz əksini tapır.
PE fonunda kəllə-beyin travması keçirmiş uşaqların sensomnestik oftalmoloji göstəriciləri onların südəmər dövrdə
aparılmış oftalmoloji müayinələrinin nəticələri ilə müqayisəli şəkildə statistik emala yönəldilmişdir. Nəticədə PE-nm
erkən dövründə aşkar edilmiş maqnoselülyar çatışmazlıq sindromu ilə QKBT keçirdikdən sonrakı görmə çatışmazlığı
sindromu arasında yüksək dərəcəli korrelyasiya olduğu aşkar edilmişdir.