ОПТИКО-КИНЕТИЧЕСКАЯ ДЕЗАДАПТАЦИЯ КАК СОСТАВНОЙ ЭЛЕМЕНТ СИНДРОМА ДЕФИЦИТА ВНИМАНИЯ С ГИПЕРАКТИВНОСТЬЮ У ДЕТЕЙ, ПЕРЕНЕСШИХ ПЕРИНАТАЛЬНУЮ ЭНЦЕФАЛОПАТИЮ

Авторы

  • Касимов Э.М.
  • Салманова С.З.
  • Гусейнова С.К.
  • Алиева Н.З.

Xülasə

Tədqiqatın məqsədi perinatal ensefalopatiya (PE) fonunda baş verən oftalmoloji dəyişikliklərin dinamikasım
araşdırmaq, bununla da nevroloji və oftalmoloji sindromların, əsasən də, diqqətin defisiti və hiperaktivlik sindromu
(DDHS) və optiko-kinetik dezadaptasiya sindromunun (OKDS) səbəb-nəticə əlaqələrini təyin etməkdir.
Beyinə perinatal qansızma diaqnozu ilə 150 uşaq, hamiləliyin son 2 ayının toksikozu olan analardan doğulmuş 50
uşaq, genezi naməlum perinatal ensefalopatiyalı (GNPE) körpələr sırasından 100 uşaq - cəmi 300 uşaq əlavə olaraq
oftalmoloji tədqiqata cəlb olunmuşdur. Optiko-kinetik göstəricilər baxışın fəza adaptasiyası (okulomotor fəaliyyət) və
dinamik refraksiyam (pupillo-akkomodasyon fəaliyyət) tədqiq etməklə qiymətləndirilmişdir. Optiko-kinetik tənzimin
vestibulyar həlqəsi optiko-vestibulyar həssaslığın dərəcəsi ilə qiymətləndirilmişdir. Optiko-kinetik tənzimin vazomotor
dəstəyi isə yerli və reflektor dermoqrahzmin, həmçinin Aşner fenomeninin göstəriciləri vasitəsilə qiymətləndirilmişdir.
Tədqiqat dinamikada - 3 aylığadək və təkrarən 6-12-aylıq yaş dövründə aparılmışdır.
Tədqiqatların nəticələri beyinə natal qansızma diaqnozu olan 150 uşaqdan 30-da, hamiləliyin son 2 ayının toksikozu
olan analardan doğulmuş 50 uşaqdan 33-də, GNPE körpələr sırasından olan 100 uşaqdan 30-da 6 aylıq yaş dövründə
həm nevroloji, həm də oftalmoloji göstəricilərin dinamikasının müsbət rəvan gedişini aşkar etmişdir. Bu 93 xəstənin
müayinələrinin nəticələri dispersion analiz metodu ilə statistik emaldan sonra digər işçi qruplar üçün kontrol müqayisə
qrupu kimi işlədilmişdir.
3 aylığadək müayinə olunmuş 300 uşaqdan 175-i 6-12-aylıq yaş dövründə təkrar müayinə olunmuşdur. Təkrar müayinə
olunmuş 175 uşaq sırasından beyinə perinatal qansızması olan 90 uşaqdan 30-da, hamiləliyin son 2 ayında toksikozu
olan analardan doğulmuş 25 uşağın 10-da, GNPE olan 60 uşaqdan 25-də optiko-kinetik göstəricilərin dizrequlyasiyası
mənzərəsi aşkar edilmişdir. 6-9 aydan artıq davam edən və dizrequlyasiya kompleksi, qeyd olunan 65 uşaqda OKDS kimi
qiymətləndirilmişdir.
Tədqiqata cəlb olunmuş uşaqlarda aşkar olunmuş nevroloji və oftalmoloji sindromlar arasında korrelyasiya əmsalının
hesablanması DDHS ilə OKDS arasında yüksək dərəcəli korrelyasiya olduğunu aşkar etmişdir.
Bütövlükdə nəticələrin parametrik metodlarla statistik emalı DDHS və OKDS simptomlarmın müsbət dinamikası
arasında da korrelyasiya olduğunu göstərmişdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

01.12.2009

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2009. ОПТИКО-КИНЕТИЧЕСКАЯ ДЕЗАДАПТАЦИЯ КАК СОСТАВНОЙ ЭЛЕМЕНТ СИНДРОМА ДЕФИЦИТА ВНИМАНИЯ С ГИПЕРАКТИВНОСТЬЮ У ДЕТЕЙ, ПЕРЕНЕСШИХ ПЕРИНАТАЛЬНУЮ ЭНЦЕФАЛОПАТИЮ. Azərbaycan Oftalmologiya Jurnalı. 1 (Dec. 2009), 52–56.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>