SUBRETINAL FIBROZ VƏ UVEIT SİNDROMU (KLİNİK HAL)
Açar sözlər:
subretinal fibroz və uveit sindromu, multifokal xoroidit, retina piqment epiteli, fundus fluoressein angioqrafiyaXülasə
Subretinal fibroz və uveit sindromu ilk dəfə 1984-cü ildə Palestin və əməkdaşları tərəfindən təsvir
edilən erkən mərhələdə multifokal xoroidit ocaqları ilə xarakterizə olunan və ardınca ocaqların birləşməsi
ilə yaranan subretinal fibrozla nəticələnən etiologiyası məlum olmayan və nadir hallarda rast gəlinən
xəstəlikdir. Bu xəstəlik adətən sistem xəstəliyi olmayan sağlam və miopiyalı gənc qadınlarda rast gəlinir.
Xəstəlik nəticəsində yaranan subretinal fibroz torlu qişada retina piqment və fotoreseptor hüceyrələr arası
əlaqələrin pozulması ilə nəticələnir.
Kliniki olaraq xəstəlik erkən və gecikmiş olaraq iki mərhələyə bölünür. Erkən mərhələdə torlu
qişada ağımtıl-sarı rəngli retina pigment epiteli və ya xoroidal səviyyəsində dərin ocaqlar şəklində
izlənilir. Gecikmiş mərhələdə isə torlu qişada ocaqların böyüməsi və birləşməsi nəticəsində subretinal ağ
fibroz sahələr yaranır. Fibroz sahələrin yaranması həftələr və ya aylar tələb edə bilər.
2019-cu ildə Mərkəzə sağ gözündə görmənin bir neçə aydır kəskin zəifləməsi, fotopsiya, göz önündə
uçuşan hissəciklər və metamorfopsiya şikayətləri ilə daxil olmuş və xəstədə müxtəlif müayinə metodları
aparılaraq xəstəyə “Subretinal fibroz və uveit sindromu” diaqnozu qoyuldu. Təssüf ki, xəstəliyin gecikmiş
mərhələsində qeyri-mümkün olduğundan müalicə təyin edilməmişdir. Xəstə hal hazırda nəzarətdədir.