СРАВНИТЕЛЬНОЕ ИССЛЕДОВАНИЕ ОБЩЕГО IgE ПРИ ТРАВМАХ ГЛАЗА У ДЕТЕЙ И ВЗРОСЛЫХ
Açar sözlər:
gözün zədələnməsi, immunoglobulin E, desensibilizasiyaXülasə
Göz almasının zədələnməri zamanı immunoloji tədqiqatların nəticələrinin geniş arsenalını təqdim edən müasir ədəbiyyatda kəskin posttravmatik perioddakı sistem allergik sensibilizasiya probleminə praktiki olaraq toxunulmur.
Məqsəd. Uşaqlarda və böyüklərdə müxtəlif zədələrdən sonra kəskin dövrdə IgE-nin sistemli dəyişməsinin müqayisəli qiymətləndirilməsi.
Materiallar və metodlar
Tədqiqat ak. Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzinin gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyəsi
və uşaqlarda görmə üzvünün patologiyası şöbələrinin kliniki materialları əsasında aparılıb.
Göz almasının müxtəlif zədələri ilə 134 xəstə müayinə olunmuşdur, bunlardan 63 xəstə 2 yaş-14 yaş arası, 71
xəstə 23-62 yş arası.
Nəticə və müzakirələr
134 müayinə olunmuş xəstədən 57-də (42,5%) ümumi IgE -nin səviyyəsi yüksək olmuşdur. IgE-nin ümumi
səviyyəsinin orta göstəriciləri 2-5 yaş qruplarmdakı (p<0,01) , 6-dan - 9-a yaşa qədər, 15-35 yaş arası (p<0,05)
kontrol göstəricilərindən çox olmuşdur. Uşaq qruplarında ümumi IgE-nin səviyyəsi kontrol göstəricilərindən
57,1%, böyüklərdə isə hər qrupdakı müayinə olunmuş xəstələrin ümumi sayından 29,6% artıq olmuşdur.
Yekun
Gözün zədələnməsi zamanı kəskin dövrdə ümumi IgE-nin yüksək səviyyəsinn II və III dərəcəli açıq
zədələnmələrdə uşaq qrupunda yüksək olması daha tez-tez aşkar olunur.