ДОППЛЕРОГРАФИЧЕСКИЕ И ИММУНОЛОГИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ В ОЦЕНКЕ РОЛИ СОСУДИСТОГО ФАКТОРА ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ

Авторы

  • Касимов Э.М.
  • Мамедзаде А.Н.
  • Меджидова С.Р.

Açar sözlər:

pigmentli retinit, hemodinmika, immunologiya

Xülasə

İşin məqsədi. Piqmentli retinit zamanı göz damarlarında hemodinamik parametrlərin və qanda immunoloji
göstəricilərin öyrənilməsi olmuşdur.

Material və metodlar
Piqmentli retinit diaqnozu ilə yaş həddi 25-64 arasında olan 96 pasiyentdə (192 göz)
müayinə aparılmışdır. Onlardan 37-si qadın, 59-u kişi olmuşdur. Piqmentli retinitin kliniki formasına görə (D.A.
Newsom, 1988, təsnifatı üzrə) 4 qrup ayrılmışdır: I - tipik formalı (35 pasiyent), II - ağ nöqtəvi (14 pasiyent), III
- piqmentsiz (19 pasiyent) və IV - mərkəzi formalı (28 pasiyent). Pasiyentlər iki yaş yarımqrupuna bölünmüşdür:
A - 25-45 yaş arası, B - 45 yaşdan yuxan. Gözdə qan axınını öyrənmək üçün rəngli doppleroqrafiya «TOSHIBA»
firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 8 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir.
Bütün xəstələrdə qanın zərdabında və göz yaşında sitokinlərin (tumor necrosis factor-alfa (TNF-a) və interleykin-1
beta (IL-ip)) səviyyəsi immunoferment üsulu təyin olunmuşdur.

Nəticələr:
1. Piqmentli retinitin kliniki formasından və pasiyentlərin yaşından asılı olmayaraq bütün qruplarda gözdə
qan axınının pisləşmısini təsdiq edən hemodinamik parametrlərin statistik dürüst dəyişiklikləri aşkar
edilmişdir.
2. Müxtəlif formalı piqmentli retinitli pasiyentlərdə TNF-a-nın səviyyəsi göz yaşında qan zərdabmdakma
nisbətən 5,3 dəfə artıq hallarda yüksəlmiş qeydə alınmışdır və bu hal 25-45 yaş arası qrupda 1,9 dəfə
daha çox rast gəlinir, nəinki 45 yaşdan yuxarı olan qrupda. Bütün qrup pasiyentlərdə IL-ip-nın həm
göz yaşında, həm də zərdabda, səviyyəsinin kontrol göstəricilərlə müqayisədə statistik əhəmiyyətli
dəyişilməsi qeydə alınmamışdır.
3. Alınmış nəticələr piqmentli retinitin gedişatında damar faktorunun müəyyən rolunu təsdiq etməklə
yanaşı aparılan tədqiqatın davam etdirilməsinin məqsədəuyğunluğunu da göstərir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

13.12.2013

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. et al. 2013. ДОППЛЕРОГРАФИЧЕСКИЕ И ИММУНОЛОГИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ В ОЦЕНКЕ РОЛИ СОСУДИСТОГО ФАКТОРА ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 13 (Dec. 2013), 38–45.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 10 > >>