BUYNUZ QİŞANIN EROZİYASININ YAYILMASI VƏ KLİNİK SƏCİYYƏLƏRİNƏ GÖRƏ STRUKTURU

Авторы

  • Məhərrəmov P.M.

Açar sözlər:

buynuz qişanın eroziyası, yayılma, klinik səciyyələr

Xülasə

Məqsəd – buynuz qişanın eroziyasının yayılmasını və klinik səciyyələrinin strukturunu öyrənmək.

Material və metodlar
Təqvim ili (2017) ərzində Bakı şəhər poliklinikalarında qeydə alınmış BQE diaqnozu ilə bütün xəstələrin məlumatları istifadə olunmuşdur (1070 xəstə). Xəstələrin yaşa və cinsə görə bölgüsü aparılaraq Bakı şəhər əhaləsinin (Dövlət Statistika Komitəsinin məlumat bazası əsasında) 100 min nəfərinə düşən xəstələnmə hadisələrinin tezliyi hesablanmışdır. Xəstəliyin klinik səciyyələri akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində kompleks müayinə olunmuş, yalnız bir gözündə BQE olan 107 xəstənin məlumatlarına əsasən qiymətləndirilmişdir. Alınmış nəticələrin statistik işlənməsi keyfyyət əlamətlərinin təhlili metodları ilə həyata keçirilmiş və hesablamalar Excel proqramının “məlumatların təhlili” zəif ilə aparılmışdır.

Nəticə
Buynuz qişanın eroziyasının əhali arasında yayılma səviyyəsi 47,6±1,50/000 (43,1±2,00⁄0000 kişilər arasında, 52,1±2,10/000 qadınlar arasında) təşkil edir, yaşdan asılı dəyişir (ən aşağı 0-9 yaşında - 16,8±2,20/000, maksimum 60-69 yaşında - 130,6±8,70/000 ). İlkin BQE diaqnozu ilə 35 xəstə (32,7%), residivləşən eroziya ilə 72 (61,3%) pasiyent qeydə alınmışdır. İlkin və residivləşən eroziya ilə xəstələr bir-birindən demoqrafk və klinik səciyyələrindən asılı olaraq fərqlənmişdir.

Yekun
Buynuz qişanın eroziyasının yayılma dinamikası xətti deyil, pik yayılması 60-69 yaşlarında müşahidə olunur, sonrakı yaşlarda yayılma azalır; 46,7% hallarda müxtəlif mexaniki zədələrlə, 18,7% hallarda şəkərli diabetlə bağlıdır, 34,6% hallarda spontan yaranır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.12.2020

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri