НАШ ОПЫТ ЛЕЧЕНИЯ ПАЦИЕНТОВ С ВИРУСНЫМИ РЕТИНИТАМИ НА ФОНЕ СИНДРОМА ПРИОБРЕТЕННОГО ИММУНОДЕФИЦИТА
Açar sözlər:
insan immunodefisiti virusu, qazanılmış immun çatışmazlığı sindromu, sitomeqalovirus retiniti, progressivləşən xarici retinal nekrozXülasə
Məqsəd - qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) fonunda virus retinitli pasiyentlərin müalicəsi nəticələrinin təhlili.
Material və metodlar
2015-2018 illər ərzində akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 54 nəfərdə insan
immunodefisiti virusu (İİV) aşkar olunmuşdur. Onlardan 11 pasiyentdə (21 göz) QİÇS ilə əlaqədar retinit aşkar
olunmuşdur (20,4%); 8 pasiyentə (15 göz) sitomeqalovirus (SMV) retiniti, 3 pasiyentə (6 göz) isə proqressivləşən
xarici retinal nekroz (PXRN) diaqnozu qoyulub.
Nəticə
Pasiyentlər daxil olarkən görmə itiliyinin orta göstəricisi 0,39±0,35 olmuşdur. Torlu qişanın reqmatogen
qopması 7 pasiyentdə (9 göz, 40,2%) baş vermişdir: onlardan 3-də (5 göz) PXRN ilə əlaqədar nekrotizə olunmuş
torlu qişa cırılmışdır; SMV retinitlə 3 pasiyentdə daxil olarkən bir gözlərində reqmatogen qopma; 1 pasiyentdə
qopma aktiv müalicə zamanı yaranmışdır. Daxil olarkən qanda CD4+ hüceyrələrin orta sayı 67,1 hüc/mm3 ± 52,3
hüc/mm3 (19-149 hüc/mm3) olmuşdur. Bütün pasiyentlərə yüksəkaktivli antiretrovirus terapiya ilə yanaşı 7 gün
ərzində gündə 2 dəfə Ganciclovir 5 mq/kq dozasında, sonra gündə növbəti 10 gün ərzində 5 mq/kq və sonda 3-6 ay
müddətinə peroral Valaciclovir gündə 1500 mq təyin edilmişdir. Reqmatogen qopma diaqnozu ilə 2 pasiyentdə (3
göz) pars plana vitrektomiya intravitreal Qanciklovir inyeksiyası və silikon tamponadası əməliyyatı aparılmışdır.
Qopma ilə qalan 6 gözdə cərrahi müdaxilə perspektivsiz kimi dəyərləndirilmişdir. 4 pasiyentin 5 gözündə müalicəyə
baxmayaraq torlu qişanın tam nekrozu və görmə sinirinin atrofiyası əmələ gəlmişdir. Qalan 16 pasiyentdə görmə
itiliyi saxlanılmış və hətta artmışdır. Müalicədən sonrakı görmə itiliyin orta göstəricisi 0,37±0,35 olmuşdur.
Yekun
Son araşdırmalara əsasən İİV dünyada, o cümlədən, bizim ölkəmizdə geniş yayılmışdır. Ona görə İİV ilə
əlaqədar viruslu retinitlərin müalicəsi çox aktual problemlərdən biridir. Vaxtında aparılmış müalicə korluğun
qarşısını almağa kömək edir.