DİABETİK MAKULYAR ÖDEMİN DİAQNOSTİKA VƏ MÜALİCƏSİNDƏ MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN ƏHƏMİYYƏTİ

Авторы

  • Kərimov M.İ.
  • Şahbazova N.Ə.

Açar sözlər:

diabetik retinopatiya, makulyar ödem, multifokal elektroretinoqrafiya, vitreomakulyar traksiya

Xülasə

Məqsəd – müxtəlif formalı diabetik makulyar ödemi olan xəstələrdə diaqnostika və müalicə tədbirlərinin yerinə yetirilməsində multifokal elektroretinoqrafiya metodunun effektivliyinin öyrənilməsi.

Material və metodlar
Tədqiqata daxil edilmiş 35 pasiyent iki qrupa bölünmüşdür: I qrup – kistoz makulyar ödemi olan 20 xəstə (20 göz); II qrup – traksion makulyar ödemi olan 15 xəstə (15 göz). Xəstələrin 15-i qadın (43%), 20-si kişi (57%), yaşları 47-70 yaş (orta – 56,6±12,4) olmuşdur. Müayinə olunanların hamısında müxtəlif növ diabetik makulyar ödem (DMÖ) diaqnozu təsdiq edilmişdir (35 göz). Kistoz makulyar ödem ilə olan xəstələrə şüsəvari cismə anti-VEGF inyeksiyası vurulmuşdur (20 xəstə), vitreomakulyar sindromla ağırlaşmış proliferativ diabetik retinopatiya diaqnozu qoyulan xəstələrdə isə pars plana vitrektomiya əməliyyatı həyata keçirilmişdir (15 xəstə). Müalicədən əvvəl və sonra bütün xəstələrə multifokal elektroretinoqrafiya (mf-ERG) müayinəsi aparılmışdır.

Nəticə
Əldə edilən nəticələr göstərmişdir ki, hətta fokal ödemin erkən mərhələlərində oftalmoskopiya ilə aşkar edilməyən dəyişikliklər mf-ERQ-da öz əksini tapmışdır. Bərk eksudatların hesabına pozitiv P1 piki uzanır. Proliferativ diabetik retinopatiyalı (PDR) pasiyentlərdə mf-ERQ komponentlərinin amplitudu xeyli dərəcədə azalır və nəzərə çarpan dəyişikliklər mf-ERQ göstəriciləri ilə uyğun gəlir. Belə ki, torlu qişanın mərkəzi zonasında OKT müayinəsində alınmış morfoloji dəyişikliklərlə, mf-ERQ göstəriciləri əsasında alınmış funksional göstəricilər arasında mənfi korrelyasiya aşkarlanmışdır (R=-0,44).

Yekun
Mf-ERQ müayinəsinə əsasən, tor qişanın makulyar hissəsində kolbacıq sisteminin aktivliyinə görə, DMÖ zamanı patoloji prosesin yayılma səviyyəsini müəyyən etmək və funksional tədqiqatlardan alınmış nəticələrə əsasən xəstəliyin mərhələlərini və müalicənin effektivliyini kəmiyyət baxımından qiymətləndirmək olar.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.06.2024

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

<< < 1 2 3